"Naxçıvanbank": İctimaiyyətə hesabat verməyə hazırlaşırıq

"Naxçıvanbank": İctimaiyyətə hesabat verməyə hazırlaşırıq
17:07 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın yeganə regional bankı olan "Naxçıvanbank" ASC 5 ildir ki, maliyyə hesabatlarını ictimaiyyətə açıqlamamasına aydınlıq gətirib. Bu barədə "Report"a Bankın İdarə Heyətinin sədri Azər Məmmədov bildirib.
Xatırladaq ki, "Naxçıvanbank"ın rəsmi internet səhifəsində kredit təşkilatının yalnız 2009-2011-ci illə əhatə edən maliyyə hesabatları yerləşdirilib. Başqa sözlə, Bank 5 ildir ki, ictimaiyyətə fəaliyyəti barədə hesabat vermir.
"Hazırda yeni saytımız hazırlanır, yəqin ki, gələn həftə istifadəyə veriləcək. Bütün maliyyə hesabatlarını orada yerləşdirəcəyik", - deyə A.Məmmədov qeyd edib. 
Xatırladaq ki, "Naxçıvanbank" 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50,94 mln. manatdır. Bankın səhmləri 4 fiziki şəxsə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/naxcivanbank-i-ctimaiyyete-hesabat-vermeye-hazirlasiriq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR