Materazziyə görə Zidan maskaları geyinəcəklər - FOTO

Materazziyə görə Zidan maskaları geyinəcəklər - FOTO
17:12 11 Noyabr 2016
79 Dünya
Ölkə mətbuatı
A- A+

Hindistan Superliqasında sabah baş tutacaq "Kerela Blasters" - "Çennaiyin" maçtından öncə ev sahibi komandası maraqlı addım atıb.

Milli.Az qafqazinfo-a istinadən xəbər verir ki, "Kerela Blasters"in azarkeşlərinin rəhbəri Abdul Hadhi azarkeşlərə Madridin "Real" klubunun baş məşqçisi Zinəddin Zidanın maskasını paylayıb. Maskaların 35 min azarkeş arasında paylanması nəzərdə tutulub. 

Buna səbəb isə rəqib komandanın baş məşqçisinin məşhur italiyalı futbolçu Marko Materazzi olmasıdı. Belə ki, azarkeşlərə Zidan maskası ilə baş məşqçiyə təzyiq göstərmək istəyirlər. 

Məsələ ilə bağlı danışan azarkeş qrupunun rəhbəri fikirlərini belə izah edib: "Materazziyə bir mesaj göndərmək istəyirik. Ona şiddətli təzyiq göstərmək niyyətindəyik. Məncə, bu planımız onun üçün ən böyük təzyiq olacaq".

Qeyd edək ki, 2006-cı ildə Almaniya keçirilən dünya çempionatının final oyununda maraqlı anlar yaşanmışdı. Finalda Fransa və İtaliya komandaları üz-üzə gəlmişdi. Həmin matçın son dəqiqələrində Zidan söyüş söydüyünə görə Materazzini baş zərbəsi ilə vurmuşdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR