Bu yay Türkiyə qarışacaq – ŞOK XƏBƏRDARLIQ

Bu yay Türkiyə qarışacaq – ŞOK XƏBƏRDARLIQ
17:13 11 Noyabr 2016
163 Dünya
Ölkə mətbuatı
A- A+

“Bu yay Türkiyə qarışacaq, ora getməyin”.

Publika.az
xəbər verir ki, FETÖ lideri Fətullah Gülən 15 iyul dövlət çevrilişinə cəhddən öncə tərəfdarlarına belə təlimat verib.

FETÖ-nünü Almaniyadakı üzvlərindən biri anonim ad altında mediaya danışıb ki, 15 iyuldan öncə Gülən onlara təlimat göndərib.

“Aprel, may və iyun aylarında aparılan bütün söhbətlərdə, keçirilən bütün toplantılarda xəbərdarlıqlar edilirdi. Xüsusilə camaatın yüksək səviyyəli üzvləri “Xoca əfəndi" Türkiyə bu yay qarışacaq, ora getməyin” deyir. Heç kim bu yay Türkiyəyə getməsin” dedilər. Bu təlimatdan sonra heç kim Türkiyəyə getmədi”, - deyə o bildirib.

Onun sözlərinə görə, Gülən camaatında təmsil olunanlar da 15 iyuldan sonra baş verənlərdən narahatdır: “Mən 17-25 dekabr hadisələrindən sonra camaatdan soyumağa başladım. Lakin məcburi şəkildə Almaniyadakı işimi davam etdirirdim. 15 iyul isə göstərdi ki, doğru yolda deyilik. Camaat içində baş verənlərdən narahat olanlar artır. Onlar “bizi məhv etdilər” deyirlər”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR