Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Donald Trampın vədlərinin bəziləri seçki kampaniyasının saytından silinib

Donald Trampın vədlərinin bəziləri seçki kampaniyasının saytından silinib

Trampın reytinqi ən aşağı səviyyəyə ENDİ (20 Mart 2017 09:37)
Trampın reytinqi ən aşağı səviyyəyə düşdü (20 Mart 2017 05:53)
Trampın reytinqi ən aşağı səviyyəyə endi (20 Mart 2017 02:34)

Tarix: 11 Noyabr 2016 17:17

Bakı. 11 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın seçkiqabağı təbliğat dövründə söylədiyi bəzi fikirlər onun seçki kampaniyasının rəsmi saytından götürülüb. 
“Report” Türkiyənin "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, D.Trampın seçki qərargahının nümayəndələri prezidentliyə namizədin bəzi vədlərinin də əks olunduğu həmin yazıların texniki problemə görə silindiyini bildiriliblər.
Məlumata görə, D.Trampın seçki kampaniyasının saytınadan silinən yazılar arasında müsəlmanların ABŞ-a girişinin qadağan edilməsi, rəsmi Vaşinqtonun iqlim anlaşmasından imtina etməsi, Ali Məhkməyə təyin etmək istədiyi hakimlərinin siyahısı, habelə iqtisadi və müdafiə kimi sahələrə dair vədlər də var. 
“Deutsche Welle Türkçe”nin məlumatına görə, D.Trampın “Twitter” səhifəsində paylaşdığı və müsəlmanları təhqir edən fikirlər də silinib.

Teqlər:  Donald Trampın vədlərinin bəziləri seçki kampaniyasının saytından silinib



RƏYLƏR


Top xəbərlər