Bakıda müəllimlərin maaşı niyə gecikib? - RƏSMİ

Bakıda müəllimlərin maaşı niyə gecikib? - RƏSMİ
17:19 11 Noyabr 2016
593 Digər
Ölkə mətbuatı
A- A+

Bakı şəhəri üzrə Təhsil İdarəsi bu ay müəllimlərin əmək haqlarının gecikdirilməsinin səbəbini açıqlayıb.

 

BŞTİ-dən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, maaşların gecikməsinin səbəbi yeni dərs ilində (2016-2017-ci tədris ili) sinif və şagird kontingenti barədə məlumatların emalı prosesi ilə əlaqədardır. Emalı prosesi başa çatan bütün təhsil müəssisələrində çalışan müəllimlərin əməkhaqları onların bank hesablarına köçürülüb.

 

Digər müəllimlərin əməkhaqları isə növbəti iki gün ərzində onların bank hesablarına köçürüləcək. Bu isə o deməkdir ki, paytaxt müəllimləri gələn həftədən əmək haqlarını tam şəkildə əldə edə biləcəklər.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR