Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Amerikada üsyan – FOTO/VİDEO

Amerikada üsyan – FOTO/VİDEO

Date: 11 November 2016 17:23

Donald Trampın prezident seçilməsindən sonra ABŞ-da etiraz aksiyaları getdikcə yüksəlir.

Publika.az xəbər verir ki, Amerika mediası “50 ştatda üsyan var” deyə yazıb.

Oakland, Portland, Vaşinqton, Filadelfiya və Nyu-York şəhərləri başda olmaqla ABŞ-ın bütün ərazisində anti-Tramp aksiyaları keçirilir.

Bir neçə etirazçı həbs olunsa da, aksiya səngimək bilmir. Etirazçılar küçələrdə iaşə obyektlərinə böyük zərərlər vururlar. İndiyə qədər 26 nəfər saxlanılıb.

Portlend şəhərində hadisələr daha ciddi vüsət alıb. Artıq küçələrdə bir çox yerlər yandırılır, şəhərdə xaos yaşanır. Tezliklə xaosun digər bölgələrə də keçəcəyi ehtimal olunur.

Asif









Tags:  Amerikada üsyan FOTOVİDEO

RƏYLƏR


Top news