Ramil Usubov: “Azərbaycandakı "Hizmət hərəkatı"na mənsub şəxslərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir”

Ramil Usubov: “Azərbaycandakı "Hizmət hərəkatı"na mənsub şəxslərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir”
17:37 11 Noyabr 2016
126 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Erkan Özoralı qəbul edib.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
R.Usubov diplomatı yeni təyinat münasibətilə təbrik edib, dost, qardaş ölkələr və xalqlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün gələcək fəaliyyətində uğurlar arzulayıb.
Əvvəlcə səfirə DİN-in funksiyaları və əsas fəaliyyət istiqamətləri, müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklər, keçilən çətin və eyni zamanda, şərəfli yol barədə qısa məlumat verilib. Qeyd olunub ki, yalnız ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə ali hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə sahəsində həyata keçirilən qətiyyətli tədbirlər nəticəsində Azərbaycanda sabitlik, əmin-amanlıq bərpa edilib, kriminogen durum nəzarətə götürülüb.
Daxili işlər naziri ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" adlandırdığı Azərbaycan ilə Türkiyə arasında əlaqələrin hər zaman yüksələn xətlə inkişaf etdiyini, dünən anadan olmasının növbəti ildönümü təntənə ilə qeyd olunan böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri isə kədərimizdir" məşhur ifadəsinin strateji əməkdaşlığın bütün istiqamətlərində özünü göstərdiyini, dövlət rəhbərlərinin siyasi iradəsi və qarşılıqlı səfərləri nəticəsində dost və qardaş ölkələrimiz arasındakı işbirliyinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb. Bildirilib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin son illərdəki sürətli inkişafını şərtləndirən əsas amillərdən olan dönməz sabitlik yaradılıb.
Dövlət başçılarımızın əməkdaşlığın bütün sahələrdə ən yüksək səviyyədə inkişafına xüsusi önəm verdiklərini diqqətə çatdıran Ramil Usubov son illər hər iki ölkənin Daxili İşlər nazirliklərinin cinayətkarlıqla mübarizə, peşə hazırlığı, informasiya və təcrübə mübadiləsi sahələrində əldə etdikləri diqqətəlayiq nəticələr barədə də məlumat verib. 
General-polkovnik Ramil Usubov ölkəmizdə ordu quruculuğunda, o cümlədən DİN Daxili Qoşunlarının formalaşmasında, ən müasir tələblərə cavab verən silahlı birləşməyə çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələri və Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayıb və təmənnasız qardaşlıq köməyinə görə minnətdarlığını bildirib.
İyul ayının 15-də baş vermiş dövlət çevrilişi cəhdinə toxunan nazir türk vətəndaşlarının cənab Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşməklə həmin qəsdin qarşısını qətiyyətlə aldığını, Azərbaycan Prezidentinin və xalqının ilk dəqiqələrdən Türkiyə dövlətinin və xalqının yanında olduğunu, demokratik yolla seçilmiş hakimiyyəti hərtərəfli dəstəklədiyini bir daha məmnunluqla xatırladıb.
Nazir 15 iyul hadisələrindən dərhal sonra müxtəlif sahələrdə və strukturlarda fəaliyyət göstərən "Hizmət hərəkatı"na mənsub şəxslərin aşkarlanması istiqamətində möhtərəm prezidentimizin müvafiq tapşırığına əsasən lazımi tədbirlər görüldüyünü, cari ilin avqust ayının 12-də cinayət işi başlanıldığını, həmin cinayət işi üzrə Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradıldığını, sözügedən istiqamətdə müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
Problemlərə toxunan Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlığın beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qeyri-qanuni miqrasiya kimi ağır növləri ilə mübarizənin ölkəmizdə də diqqət mərkəzində saxlanıldığını vurğulayıb.
Səfir Erkan Özoral səmimi qəbula, təbrikə və ətraflı məlumata, eyni zamanda, Türkiyədə dövlət çevrilişinə cəhd zamanı dost və qardaş Azərbaycan dövlətinin və xalqının ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkür edib, respublikamızdakı diplomatik fəaliyyəti dövründə ikitərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.
Dostluq və mehribanlıq şəraitində keçən görüşdə bir sıra digər məsələlər də müzakirə edilib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dieqo Kostadan “Çelsi” rəhbərliyinə SƏRT MESAJ

19 Avqust 2017 07:33

Trampın "Twitter" hesabının dəyəri açıqlandı

19 Avqust 2017 07:29

Sakit okeanda güclü zəlzələ: iki ada silkələndi

19 Avqust 2017 07:24

Bu gün Azərbaycan Premyer Liqasında II tura start veriləcək

19 Avqust 2017 07:12

Çində daşqınlar 10 nəfərin ölümünə səbəb olub

19 Avqust 2017 07:07

Yaponiya və Çin arasında gərginlik - Pekinə xəbərdarlıq edildi

19 Avqust 2017 07:03

Bakıda "Azsamand" yandı

19 Avqust 2017 06:39

Yeni doğulmuş körpələrdə doğru bildiyimiz yanlışlar

19 Avqust 2017 06:33

Ən böyük 50 qaradərili idmançının reytinqi açıqlandı

19 Avqust 2017 06:29

Konqoda 200 nəfər torpaq sürüşmələrinin qurbanı olub

19 Avqust 2017 06:22

Neftimizin qiyməti cüzi ucuzlaşıb

19 Avqust 2017 06:03

Qida zəhərlənməsini yüngülləşdirən prosedurlar

19 Avqust 2017 05:33

Venesuelanın keçmiş baş prokuroru prezident Maduronu korrupsiya qalmaqalında ittiham edib

19 Avqust 2017 05:32

Beyləqanda ev əşyaları ilə birgə yandı

19 Avqust 2017 05:29

Status paylaşanlar pul qazanacaq - yeni sosial şəbəkə

19 Avqust 2017 05:03

Trampın daha bir müşaviri vəzifəsini tərk etdi

19 Avqust 2017 04:39

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı - Koutinyonu satmırlar

19 Avqust 2017 04:33

Trampın sərmayələrin qanuni tənzimlənməsi üzrə xüsusi məsləhətçisi öz postunu tərk edəcək

19 Avqust 2017 04:17

Tryudo Barselonada Kanada sakinlərinin öldürüldüyünü bildirib

19 Avqust 2017 04:07

Dünyanı yeni xəstəlik bürüyə bilər - Nigeriyada mənşəyi məlum olmayan virus yayıldı

19 Avqust 2017 04:03

Adriana bu dəfə Metinlə qayıtdı - FOTOLAR

19 Avqust 2017 03:33

Bakıda 7 otaqlı ev yandı

19 Avqust 2017 03:19

Barselonada terror aktında yaralananların 15-nin vəziyyəti ağırdır

19 Avqust 2017 03:07

“Qarabağ”a qol vurmuş hücumçu “Milan”da

19 Avqust 2017 03:03

6 metrlik quyuya düşən şəxs xilas olundu - Şəkidə

19 Avqust 2017 02:54

Trampın məsləhətçisi istefadan sonra prezidentlə "müharibəyə gedəcəyini" bildirib

19 Avqust 2017 02:52

Evdə hazırlaya biləcəyiniz və sizi gözəlləşdirəcək maskalar

19 Avqust 2017 02:33

Bakıda mənzildən meyit tapılıb

19 Avqust 2017 02:19

Şəkidə üzüm istehsalı 5 min tona çatdırılacaq

19 Avqust 2017 02:03

Almaniyada bıçaqla hücum olub -

19 Avqust 2017 01:50

Salyanda qonşu qonşunu bıçaqladı

19 Avqust 2017 01:39

102 yaşlı ən qoca paraşütçü - VİDEO

19 Avqust 2017 01:33

Dünyanı yeni xəstəlik bürüyə bilər -

19 Avqust 2017 01:25

Bakıda keçirilən 41-ci Dünya Skaut Konfransı başa çatıb

19 Avqust 2017 01:22

Bakıda "KaMAZ" minik avtomobillərinə çırpılıb: xəsarət alanlar var

19 Avqust 2017 01:07

Faydaları saymaqla bitmir... - KEFİRİN EVDƏ HAZIRLANMA QAYDASI

19 Avqust 2017 01:03

"Liverpul"dan "Barsa"ya növbəti rədd cavabı -

19 Avqust 2017 00:54

Mingəçevirdə kişi meyiti tapılıb

19 Avqust 2017 00:37

2004-cü ildən bəri Avropada törədilən TERROR AKTLARININ XRONİKASI

19 Avqust 2017 00:33

Suriya müharibəsi başa çatır -

19 Avqust 2017 00:30

Astroloji proqnoz - 19 avqust

19 Avqust 2017 00:08

Dövlət Departamenti: ABŞ qoşunları İŞİD üzərində qələbədən sonra Suriyada qalmayacaq

19 Avqust 2017 00:02

Portuqaliyada fövqəladə vəziyyət elan edildi

19 Avqust 2017 00:02

Neftimiz cüzi ucuzlaşıb

18 Avqust 2017 23:52

Azərbaycan təbii qazını Avropaya nəql edəcək TAP: Yay mövsümündə tikinti işləri aparılmır

18 Avqust 2017 23:48

Bakıda İNANILMAZ OLAY: sərnişin avtobus sürücüsünün üstünə tapança çəkdi - GÖRÜNTÜLƏR

18 Avqust 2017 23:39

Yaponiya və Çin arasında gərginlik -

18 Avqust 2017 23:38

“İphone 7” smartfonu LİDERDİR

18 Avqust 2017 23:33

"Arsenal"ı alsam, ilk işim Vengeri qovmaq olacaq"

18 Avqust 2017 23:19

Dünyanın ən "axmaq" 10 estetik əməliyyatı - VİDEO

18 Avqust 2017 23:18