Nura Suri: ""Yemək bişirə bilmirəm" deyən qadının..."

Nura Suri: ""Yemək bişirə bilmirəm" deyən qadının..."
17:37 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Nura Suri yaraşıqlı ərinin FOTOLARINI üzə çıxardı (18 May 2017 13:03)
Tanınmış müğənni Nura ilə bağlı görüntülər yayıldı (18 May 2017 10:59)
Nura Suri keçmiş ərinin FOTOsunu yaydı (18 May 2017 10:37)

Milli.Az müğənni Nura Surinin aile.lent.az-a mətbəxlə bağlı müsahibəsini təqdim edir. 

- Son vaxtlar mətbəxlə bağlı layihələr edirsiniz. Bir müddət öncə növbəti layihəni həyata keçirdiniz. Bu ideya necə yarandı?
 
- Bəli, məşhur aşpazlarla yemək hazırlayıram. Belə layihələr xarici ölkələrdə tez-tez olur. Bizdə də bu cür layihəyə ilk olaraq mən imza atdım. Çünki yemək bişirməyi çox sevirəm. Hansısa ölkəyə, şəhərə gedəndə ilk növbədə restoranları ilə maraqlanıram, mənim üçün həmin yerin mətbəxini bilmək önəmlidir. Getdiyim ölkələrin yeməklərini mütləq dadmalıyam. Mən yeməyi doymaq üçün deyil, ağız dadını dəyişmək üçün yeyirəm. Yemək yemək özü zövqün bir hissəsidir. Bu, insanın yeməyi necə yeməsi, bədəninə, orqanizminə necə qulluq etməsini əks etdirən zövq nümayişidir. Nahaq yerə demirlər ki, insan yediyindən ibarətdir. Hər hansı ölkənin vətəndaşının dəri rənginə əsasən onun nə yediyini, necə qidalandığını bilmək olar. İnsanın yediyi fiziki görünüşünə təsir edir.
 
- Bu halda sizin də xarici görünüşünüz, dərinizin rəngi yaxşı qidalanmanızdan xəbər verir.
 
- Uşaqlıqdan uzun müddət vegeterian olmuşam. Heyvanların öldürülməsi və onların ətinin yeyilməsinə pis baxırdım. Bütün dini kitabları oxumuşam. Təxminən 11 yaşım olanda "Krişna"nı oxudum. Orada heyvanların öldürülməsi və onların ətinin yeyilməsi barədə yazılmışdı və bu, mənə çox pis təsir etmişdi. Çünki uşaq psixologiyası ilə düşünürdüm. Fikirləşirdim ki, biz insanlar niyə belə qəddarıq? Axı inək bizə süd, yağ,  pendir verir, biz doymuruq, hələ onu kəsib ətini də yeyirik. Bu düşüncə 10 il davam etdi. Ailə qurandan, övlad dünyaya gətirəndən sonra dəyişdim. Çünki hamiləlik dövründə istər-istəməz ürəyin nəsə istəyir və vegeterian olmağın yadına da düşmür. O vaxtdan başladım ət, balıq yeməyə.
 
- Yemək bişirməyə həvəsiniz necə yarandı?
 
- Əslində bundan utanıram, amma çox vasvası insanam. Şükür ki, bu xasiyyəti 90 faiz azaltmışam. Əvvəllər fobiyam var idi, əlimi heç yerə vura bilmirdim. Mənə elə gəlirdi ki, orada mikroblar var. 18 yaşım vardı, yenicə ailə qurmuşdum. Həyat yoldaşımla Dubayda yaşayırdıq, yalnız yapon restoranlarına gedirdik. Yeməkləri gözümün qabağında hazırlayırdılar. Başqa restoranda yeyə bilmirdim. Özüm də ac qalmayım deyə yemək bişirirdim. Həvəsim belə yarandı. Yemək də sevgidən yaranır. Mənim də yemək sevgim övladıma olan sevgidən başladı. 6 ay ana südü verdim, sonra yeməyini hazırladım. Böyük oğlum Xosrov 1995-ci ildə doğulub. O vaxt blender yox idi. Onun yeməklərini əzib püre şəklinə salırdım. Bu, artıq məndə həvəs yaratmağa başladı. Ətrafdakılar bəyəndikcə, təriflədikcə başlayırsan bundan zövq qalmağa, etdiyin işi sevirsən.
 
- Yad ölkədə tək yaşamaq yəqin ki, asan olmayıb.
 
- Mən vaxtından əvvəl böyüdüm. Yaşıdlarım tələbəlik illərini yaşayırdı, mən isə artıq ailə başçısı idim. Bilirsiniz ki, kişi işə gedir, evin başçısı xanım olur, uşaq dünyaya gətirir. Valideynlər, qohum-əqrəba yox. Dubay da isti ölkədir. Anama yalvarırdım ki, gəl bizdə qal. İyrənən adam körpə uşağını dayəyə, köməkçiyə də vermir. Qoymurdum heç uşağa yaxın da gəlsin.
 
- Özünüzün xüsusi reseptləriniz varmı?
 
- Bişirdiyim heç bir yemək ilk dəfədən alınmayıb. Adi paytaxt salatından başladım. Hətta onun da tamını dəyişirdim. Hansısa ərzağını çıxarıb, yerinə alma və ya qoz əlavə edirdim, meyvələr qatırdım. Bu, artıq onu deyirdi ki, məndə yeməyə primitiv yanaşma yoxdur. Hər şeyin tamını dəyişmək istəyirdim, eksperimentlər edirdim. Sonra başa düşürdüm ki, nəyin tamı nə ilə uyğun gəlir və ya gəlmir. Yemək bişirəndə ilk uğursuzluğum məni uğura aparır. Ondan sonra bişirəcəyim eyni yeməyin reseptində nəyin düzgün olduğunu, nəyin düzgün olmadığını özüm bilirəm. Bişirdiyim yeməyi yeyənlər tərifləyəndə çox sevinirəm. Mənə hazır resept versinlər, onu hazırlayım, bu, alınmayıb. Həmişə resepti dəyişmişəm, əlavələr etmişəm. İnsan yeməyi sevərək bişirməlidir. Çünki onu övladı, həyat yoldaşı, valideynləri, əziz insanları yeyəcək. Bəzən insan yemək yeyir və əhvalı dəyişir. Əslində bunun səbəbi odur ki, yeməyi bişirən adamın əhvalı yerində olmayıb, o, problemini töküb həmin yeməyin üstünə.
 
- Bilirik ki, Azərbaycan mətbəxinin bilicisisiniz və yaxşı əl qabiliyyətiniz var. Evinizdə dünya mətbəxindən də nümunələr hazırlayırsınız?
 
- Dünya mətbəxinə hər zaman marağım olub. Evdə uşaqlara fərqli yeməklər bişirərəm. Hər həftə yarpaq dolması, plov bişirib yeyirik. Amma bununla yanaşı, ispan, yunan mətbəxinə tez-tez üz tuturam. Yunanlarla italyanlar bir az oxşar yeməklər hazırlayırlar. Məsələn, makaron yeməkləri oxşardır. Bizim xəngələ də bənzəyir. Sadəcə olaraq biz xəngəli suda bişirib üzərinə ət qoyuruq, onlar makaronu qaynadırlar, arasına ətli sous əlavə edirlər. Bizim quymaq kimi bir yeməkləri var, süd, yağla qovrulur, pendir əlavə edilir və qarışıq dadı olur.
 
- Sizin görünüşünüzə baxanda heç yemək həvəskarına bənzəmirsiniz. Formada qalmağı necə bacarırsınız?
 
- Formada qalmaq üçün az-az və tez-tez yemək lazımdır, doymayana qədər. Çünki orqanizmə yük düşmür, orqanizm daim işlək olur. Məsələn, xəstə və ya pəhriz saxlayan insana qızartma yeməyi məsləhət görmürlər. Doğrudan da, əti qril, kabab halında yemək, tərəvəzləri tam bişirməmək lazımdır. Məsələn, tərəvəzləri qoyun torbaya və sobada bişirin. Mən salat hazırlayanda ərzaqları qaynatmıram, çünki bütün vitamini itir. Əti torbada bişirəndə deşmək lazımdır ki, suyu çıxsın. Amma çuğundur, kökü və başqa tərəvəzlərin torbasını deşməyin. Çünki öz buxarında bişməlidir ki, vitaminini, rəngini saxlasın. Mən belə qidalanıram. Çörək yemirəm. Orqanizmim çörək tələb edəndə quru, qızardılmış pəhriz çörəyi, suxari yeyirəm. Amma şirniyyatsız yaşaya bilmirəm. Çalışmaq lazımdır ki, mayalı xəmirdən az istifadə olunsun. İnsanı şişirdən mayalı xəmirdir. Ürəyiniz istəyirsə, lavaş edib yeyə bilərsiniz.
 
- Bəs şirniyyat kökəltmir?
 
- Əslində şirniyyatı da azaltmaq lazımdır. Duzdan ümumiyyətlə, imtina etməliyik. Hər dəfə Türkiyəyə gedəndə anamı balıq restoranına aparıram. Deyir, bu balığı necə yeyirsiz, duzu yoxdur?! Cavab verirəm ki, ay ana, bəs ona görə limonla yeyirlər. Bu, çox sağlam qidalanmadır. Sosial şəbəkələrdə məndən tez-tez nə yediyimi, necə qidalanmağı soruşurlar. Meyvəni günortaya qədər yeyə bilərsiniz. Axşam saat 6-dan sonra qətiyyən meyvə yemək olmaz. Əvəzində yağsız kəsmik yeyin. Kəsmiyi səhər yeməyin. Bunun sizə heç bir xeyri yoxdur. Səhər zülal qəbul edə bilərsiniz. Lakin axşam yatanda protein qəbul etməlisiniz. Səhər yuxudan oyanan kimi, dişlərinizi də yumazdan əvvəl iki stəkan su için. Yarım saatdan sonra yemək yeyə bilərsiniz və çalışın səhər yeməyində bədəninizi yükləməyin. Çünki bədən tam oyanmış olmur. Bədən hələ oyanmamış onu yeməklə yükləmək düz deyil. Türklərin səhər yeməyindən xoşum gəlir. Onlar meyvə-tərəvəzlərdən çox istifadə edir, pomidor, xiyar, zeytun, portağal. Səhər güc toplamaq üçün belə qidalanmaq məsləhətdir.
 
- Özünüz də səhərinizi bu cür açırsınız?
 
- Uzun müddət detoks şirələr içdiyimə görə hər gün səhər yuxudan oyanan kimi xiyar, kərəviz, limon qarışığından ibarət şirə içirdim. Yarım saatdan sonra da nəsə atışdırırdım. Deyim ki, səhər oyanan kimi bal, qaymaq, pomidor-yumurta yeyirəm, xeyr. Yeyirəm, amma az. Kəsmiklə xamanı qarışdırıb suxari ilə yeməyi xoşlayıram. Sonra məni başa saldılar ki, əslində kəsmiyi və digər ağartını gecə yatmazdan əvvəl yemək lazımdır. Gecə yatanda mütləq şəkildə bir stəkan ayran için. Ayran orqanizmə lazım olan kalsium, zülal verir və orqanizmi yükləmir. Bir kilo yağsız kəsmik yeyib yatsanız da, bunun sizə heç bir ziyanı yoxdur. Gündəlik hərəsindən 5-6 dənə olmaqla qoz, badam, fındıq yemək məsləhətdir. Səhər və günorta yeməyi arasında aclıq hiss etsəniz, bir alma və 5 dənə badam yemək olar. Kök, xiyar və kərəvizi uzun-uzun doğrayın və limon sıxılmış stəkana qoyun. Aclıq hiss etdikcə yeyə bilərsiniz. Bu, həm aclıq hissini öldürür, həm də xeyirlidir.
 
- Ailə üzvləriniz də bu menyu ilə qidalanır?
 
- Uşaq orqanizmi tam fərqlidir. Uşaqlara 18 yaşınadək süd içmək vacibdir. Amma 18 yaşdan sonra süd içmək ziyandır. Çünki onu həzm etmək üçün mədəyə iki saat vaxt lazımdır. Deyirlər ki, insan zəhərlənəndə qatıq yesin. Əslində, bu, düzgün deyil. Hamı qatığı mağazadan alıb yeyir, bu da ən azı 3 günün qatığı olur. Onu həzm etmək üçün mədəyə bir saat vaxt lazımdır. Əgər təzə, bu gün tutulmuş qatıqdırsa, özün evdə çalmısansa, bəli, tez həzmə gedir.  
 
Uşaqlara və böyüklərə tam fərqli yeməklər hazırlanmalıdır. Özünüz pəhrizdəsiniz, nəfsiniz çəkəcək deyə uşağı az yedizdirmək düzgün deyil. Uşaqlarda da yemək problemi var. Biz istəyirik onları yedizdirək, onlar da əllərinə gələni yeyirlər - konfet, şokolad. Mən bəzən evə aylarla konfet almıram. Çünki biz hər gün şirniyyat hazırlayırıq. Yalnız evdə bişirilən şirniyyat yeyirik. Çox zaman gecədən xəmiri hazırlayıb soyuducuya qoyuruq ki, səhər oyanan kimi tez nəsə hazırlayaq, isti-isti məktəbə aparsınlar. Məktəbə aparmaq üçün elə dürmək də hazırlaya bilərsiniz. Amma bayaq qeyd etdiyim kimi, xəmir qətiyyən mayasız olmalıdır. Uşaq gecəyə qədər meyvə-tərəvəz yeyə bilər. Bunun onlara heç bir ziyanı yoxdur.
 
- Gələcəkdə yemək bişirmə hobbinizi böyütmək fikriniz var?
 
- Hamı bilir ki, mənim üç arzum var: körpələrlə ünsiyyətdə olmaq üçün istərdim uşaq bağçam, şirniyyat evim, restoranım olsun. Bu üç işi o qədər həvəslə görərəm ki... 10 ildən artıqdır ki, bu sənətdəyəm. Hətta müğənniliyi də bu işlərə qurban verərəm. Amma edirəmsə, ən yaxşısı olmalıdır.
 
- Deyəsən, tərkibində spirt olan içki içmirsiniz.
 
- Xeyr, içmirəm. Amma bütün digər xeyirli içkiləri içirəm. Şirələri çox sevirəm, ən çox sevdiyim və istifadə etdiyim kərəviz, limon, xiyar qarışığıdır. Eyvanımda nanə cövhər əkmişik. Zəncəfillə onu dəmləyirik, bal, limon əlavə edirik, isti-isti içirik. Ya da soyuducuya qoyuruq, bir az qalır, sonra içirik. Bu qarışıq çox müalicəvidir. Soyuqdəyməsi olanlar isti halda içə bilərlər. Mən orqanizmə, bədənə xeyirli şeyləri çox sevirəm. Həm də çalışıram təbii qidalar yeyək. Ərzaqları rayonlardan gətizdirirəm,  Ağcabədidən ət, Gəncədən çolpa, yumurta.
 
- Bəzi məşhur xanımlar deyir ki, mətbəxin qapısını tanımır, yemək bişirə bilmir. Hətta bununla fəxr edənlər də var.
 
- Bu, fəxr deyil, ayıbdır. "Yemək bişirə bilmirəm", - deyən qadının analığına, həyat yoldaşlığına şübhə ilə baxıram. Sən ərinin qabağına yemək qoymalısan, ərin yeyəndə "bəh-bəh-bəh" deməlidir. Oğlun arvadına deməlidir ki, mənim anam səndən yaxşı yemək bişirir. Oğlum arvadına o sözü deməyəcəksə, mən nə ana oldum bəs? "Yemək bişirə bilmirəm", - deyən xanım artıq valideynini zərbə altına qoyur. Deyəcəklər, bəs buna anası necə tərbiyə verib? Heç nə öyrətməyib ki... Mənim 10 yaşım olanda lavaş yayırdım. Gəlinimiz yaya bilmirdi, mən cəld yayıb verirdim. Nənəmdən öyrənmişdim. Nənəm bişirəndə mənim də həvəsim vardı, dururdum yanında öyrənirdim.
 
- Kişilər də mətbəxdə çox bacarıqlı olurlar. Övladlarınızın yemək bişirməyə həvəsi var?
 
- Böyük oğlumda həvəs yoxdu. Onu yemək bişirməyə heç cürə həvəsləndirə bilmədim. Ortancıl oğlumun həvəsi var. Ona demişəm ki, biz yemək bişirəndə gəl bax, bəlkə sabah xaricdə yaşayacaqsan, nə qədər restoran, kafe yeməyi yeyəcəksən? Sən özün üçün pomidor-yumurta bişirə bilməlisən, ya yox? y Bir də ki, kişilərin əlinin duzu başqa cür olur. Hər şey əhval-ruhiyyədən asılıdır. Xanımlar melanxolik, dəyişkən olduqları üçün bəzən bişirdikləri yeməklər dadsız alına bilər. Mənim əhvalım olmayanda bəzən tort xəmiri hazırlayıram, amma köpmür. İş görəndə əsəbləşdimsə, o iş alınmır. Ona görə də gərək rahat olasan. Musiqi sədaları altında yemək bişirmirəm. Mən yemək bişirəndə xoşlayıram ki, balaca oğlum yanımda olsun. Bilmirəm niyə?! Həmişə yemək bişirəndə yanımda durub sevinir və atdanıb-düşür. Soruşuram niyə elə edirsən? Deyir,  mama, sən yemək bişirəndə sevinirəm. Həyatda bundan gözəl nə ola bilər?!

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Məqsədimiz təkcə çempionlar yox, həm də sağlam əsgərlər yetişdirməkdir" - Adil Əliyev - FOTO

24 May 2017 16:05

“Şir kimi döyüşürdülər, imkan düşən kimi bizi vururdular” - ANONS

24 May 2017 16:04

"Bank Standard"ın kredit portfelinin 95%-i üzrə ciddi gecikmə var

24 May 2017 16:02

Əbülfəs Qarayev Xaçmazda vətəndaşları qəbul edəcək

24 May 2017 16:02

Azərbaycan millisinin futbolçusunun “Boavişta” klubundakı taleyinə aydınlıq gəlib

24 May 2017 16:02

Erməni tanklarını gözləyən kabus

24 May 2017 16:00

"Son zəng" şənliyi qadağan ediləcək

24 May 2017 15:59

Övladı yaşında qadınlarla evlənən TARİXİ ŞƏXSİYYƏTLƏR - FOTOLAR

24 May 2017 15:58

SORĞU: Sonuncu dəfə nə vaxt tibbi müayinədən keçmisiniz?

24 May 2017 15:58

Rusiya öz "Skype"nı yaradır

24 May 2017 15:57

Bukingem sarayının yaxınlığında bıçaqlı kişi saxlanılıb

24 May 2017 15:57

1000-dən artıq həkim Azərbaycanda tibb fəaliyyəti ilə məşğul ola bilər

24 May 2017 15:54

Yaşar Bəşirov: “Nəyə qadir olduğumuzu dünyaya göstərdik”

24 May 2017 15:53

İŞİD-in "hərbi naziri" məhv edildi

24 May 2017 15:52

Mançesterdə partlayışla əlaqədar daha üç nəfər həbs edilib

24 May 2017 15:52

Sumqayıtda məktəb meydançalarını dağıdıb bina tikirlər - VİDEO - FOTO

24 May 2017 15:52

Dərs vaxtları uzadıla bilər

24 May 2017 15:50

İmtahanda az bal yığan abituriyent intihara cəhd etdi - VİDEO - FOTO

24 May 2017 15:47

Bu müəllimlərin dərs yükü daha çox olacaq

24 May 2017 15:44

Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirildi

24 May 2017 15:43

Böyük Britaniyanın terror dərdi: Krallıq onlarla niyə bacarmır?

24 May 2017 15:43

Fransa baş nazirindən ETİRAF: Ölkədə terror təhlükəsi yüksəkdir

24 May 2017 15:43

Azərbaycan milli komandasının voleybolçusu "Fənərbağça" ilə müqavilə bağlayıb

24 May 2017 15:42

Nazir: "Vyana görüşündə sürpriz olmayacaq"

24 May 2017 15:42

Cərimələrin miqdarının artırılmasını nəzərdə tutan qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılır

24 May 2017 15:42

Bu ölkə də NATO-ya yeni üzv qəbul olacaq

24 May 2017 15:42

ABŞ hərbçiləri "Rusiya hərbi terminologiyası" üzrə təlim alacaq

24 May 2017 15:41

Avtomobilləri yalnız bu hallarda evakuatorla aparacaqlar - YENİ QAYDA

24 May 2017 15:39

Avtomobillərin evakuatorla aparılmasının YENİ QAYDASI

24 May 2017 15:38

Kreditorlar Komitəsi "Bank Standard"a məxsus əmlak haqqında ADIF-dən ətraflı məlumat istəyir

24 May 2017 15:37

Aprel ayı ərzində Azərbaycana gələn tursitlərin sayında 23% artım var (FOTO)

24 May 2017 15:36

Təhsil Nazirliyindən TƏKLİF: Bəlkə dərsləri sentyabrın 1-də başlayıb, 14 iyunda bitirək

24 May 2017 15:36

Məhdud sayda yeni “Vertu” mobil telefonu buraxılıb

24 May 2017 15:35

Rusiya kəşfiyyatı hərəkətə keşdi: Regionda SAVAŞ HAZIRLIĞI

24 May 2017 15:33

İnquşetiyada spirtli içki satışı qadağan ediləcək

24 May 2017 15:32

​Ramazan ayında toy etmək olar?

24 May 2017 15:30

Azərbaycanlı ulduz "Fənərbağça"da - FOTO

24 May 2017 15:29

Gəncənin içməli su və kanalizasiya sistemi yenidən qurulur (FOTO)

24 May 2017 15:29

Ermənistan parlamentində qadın deputatların DAVASI

24 May 2017 15:28

Azərbaycan Özbəkistanda uşaq xeyriyyə festivalında iştirak edib

24 May 2017 15:27

Arılar filləri qovdular - VİDEO - FOTO

24 May 2017 15:27

Bakıda Penitensiar Xidmətin avtomobili qəzaya düşdü

24 May 2017 15:24

Akif Əlizadə akademiya üzvlərinə diplom verdi - FOTO

24 May 2017 15:23

İnternetin qiyməti ucuzlaşacaq? - AÇIQLAMA

24 May 2017 15:22

Gözdən əlillər narazılıq edirlər: "Əmlakımızı satır, bizə ancaq vəd verir..." - FOTO

24 May 2017 15:22

İŞİD-ə daha bir zərbə vuruldu

24 May 2017 15:22

Xalq artisti öz toyunda oxudu - VİDEO

24 May 2017 15:18

Kasilyasın yeni klubu bəlli oldu

24 May 2017 15:18

"Qəbələ"nin futbolçusu Qazaxıstan klubuna keçir

24 May 2017 15:17

Oruc tutacaqsınızsa, mütləq içməlisiniz!

24 May 2017 15:16