"ABB-Gürcüstan" bir neçə mükafata layiq görülüb

"ABB-Gürcüstan" bir neçə mükafata layiq görülüb
17:37 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Tbilisi. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) Gürcüstanda törəmə strukturu olan "ABB-Gürcüstan" 2016-cı ildəki səmərəli və şəffaf fəaliyyətinə görə bu ölkədə bir neçə nominasiyanın qalibi olub.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, "ABB-Gürcüstan" bu ölkədə 1995-ci ildən fəaliyyət göstərən “Gürcüstan Times Media Holding”, “Gorby ratings” ictimai rəy və marketinq araşdırma şirkətinin rəyləri, eləcə də, hökumət rəsmiləri, QHT-lər və müstəqil ekspertlər arasında aparılan rəy sorğusuna əsasən qalib seçilib.
"ABB-Gürcüstan" şəffaflıq, daimi tərəqqi, hərtərəfli bank xidmətləri və ictimai məsuliyyət göstəricilərinə görə universal və dinamik inkişaf edən bank standartları əsasında etibarlılıq və müasir bank sisteminin yüksək dərəcəsi nominasiyalarının qalibi olub.
Mükafatın təqdimat mərasimində bildirilib ki, "ABB-Gürcüstan" ölkənin bank sektorunda aparıcı yerlərdən birini tutur. "ABB-Gürcüstan" iri korporativ müştərilər üçün əsas müştəri bazasıdır. 2016-cı ildə daha böyük uğurlara imza atan bank müştəri bazasını daha da genişləndirmək və daha böyük nailiyyətlər qazanmaq niyyətindədir.
"ABB-Gürcüstan"ın rəhbəri Emil Abasbəyli çıxışında onlara göstərilən bu etimada görə təşkilatçılara təşəkkür edib: "Bankın belə bir mükafata layiq görülməsi iki dost və qardaş ölkə olan Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə xidmət edir. "ABB-Gürcüstan" bundan sonra da səmərəli fəaliyyət göstərməklə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə, dostluq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək". E.Abasbəyli deyib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətində şəffaflıq, dinamik inkişaf, etibarlılıq əsas yer tutub və bu siyasət dəyişməyəcək.





Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abb-gurcustan-bir-nece-mukafata-layiq-gorulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR