Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bankların xəritəsi hazırlanıb

Bankların xəritəsi hazırlanıb

Date: 11 November 2016 17:42

Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycanda səfərdə olan turistlərin və xarici qonaqların bank xidmətlərinə rahat çıxışının təmin edilməsi məqsədilə əsas turistik bölgələrdə yerləşən bankların filial və şöbələrinə dair dolğun informasiyalarla zəngin xəritə hazırlanıb.

Milli.Az bildirir ki, Palatadan Trend-ə verilən məlumata görə, ingilis dilində tərtib olunmuş xəritə Bakı, Gəncə, Quba, Qəbələ və Şəkidə yerləşən bankların struktur bölmələrinin ünvanları, iş rejimi və əlaqə nömrələri göstərilməklə dizayn edilib. Xəritədə həftəsonları və 24/7 rejimində fəaliyyət göstərən filiallar xüsusi qeyd olunub.

Xəritə Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ölkə mehmanxanalarına paylanıb.

Xəritənin elektron versiyası isə Palatanın rəsmi internet səhifəsində yerləşdirilib (link: http://fimsa.az/pages/369).

Milli.Az


Tags:  Bankların xəritəsi hazırlanıb

RƏYLƏR


Top news