Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“FED-in dekabrda faizləri artırma ehtimalı hələ də güclüdür”

“FED-in dekabrda faizləri artırma ehtimalı hələ də güclüdür”

Date: 11 November 2016 17:53

ABŞ Mərkəzi Bankı FED-in Sankt-Luis şöbəsinin sədri Ceyms Bullard dekabr ayının faizləri artırmaq üçün məqbul bir zaman olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Bullard Donald Trampın ABŞ-da prezident seçkisində qələbəsindən bu yana iqtisadiyyat barədə fikrini dəyişmədiyini dilə gətirib:

“Bizim fikrimiz tək bir faiz artımı istiqamətindədir. Dekabr ayının faiz artımı üçün məqbul zaman olduğunu düşünürəm. Son məlumatlara baxanda ÜDM-in artımı üzrə iqtisadiyyatın isindiyini demək olar”.

Nəzərə çatdıraq ki, Bullardın bu il Federal Açıq Bazar Komitəsinin (FOMC) iclaslarında səs vermə hüququ var.

FED-in dekabrda faiz artımına gedəcəyini qurumun sədrlərindən biri Jefrrey Lacker də təsdiqləyib. O deyib ki, prezident seçkisini Respublikaçı Donald Trampın qazanması dekabrda faiz artımı ehtimalını azaltmayıb:

“Gələn ay faiz artırmı ehtimalı hələ də güclüdür: Dekabrda yeni faiz artımını müzakirə edəcəyik”.

Lacker eyni zamanda ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın vergiləri aşağı salmağı planlaşdırdığını xatırladaraq “əgər bu təşəbbüs həyata keçirilsə, faiz artımında daha sürətli hərəkət etməliyik”- deyə bildirib.

Xatırladaq ki, FED pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin növbəti iclası dekabrın 13-14-də keçiriləcək.

Yeri gəlmişkən, Bullarddan fərqli olaraq, Lackerin FOMC-da bu il səsvermə hüququ yoxdur.

İqtisadiyyat şöbəsi


Tags:  FED-in dekabrda faizləri artırma ehtimalı hələ güclüdür

RƏYLƏR


Top news