Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ötən 10 ayın "yol terroru" - 638 ölü, 1721 yaralı

Ötən 10 ayın "yol terroru" - 638 ölü, 1721 yaralı

Date: 11 November 2016 17:57

Bu ilin 10 ayı ərzində Azərbaycanda 1677 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Yol-nəqliyyat hadisələri nəticəsində 638 nəfər həlak olub, 1721 nəfər yaralanıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 169 fakt (9,2%), həlak olanların sayı 103 nəfər (13,9%), yaralananların sayı 184 nəfər (9,7%) azalıb.

Bakı ərazisində 561 yol-nəqliyyat hadisəsi qeydə alınıb, bunların nəticəsində 158 nəfər həlak olub, 579 nəfər yaralanıb. 2015-ci illə müqayisədə paytaxtda yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 107 fakt (16%), 37 nəfər (19%), 139 nəfər (19,4 %) azalıb.

Milli.Az


Tags:  Ötən 10 ayın yol terroru 638 ölü 1721 yaralı

RƏYLƏR


Top news