Azərbaycanda ümumi təhsilin dövlət standartları hazırlandı

Azərbaycanda ümumi təhsilin dövlət standartları hazırlandı
17:57 11 Noyabr 2016
153 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" hazırlanaraq ictimai müzakirəyə təqdim edilib.

Milli.Az xəbər verir ki, Təhsil Nazirliyindən Trend-ə verilən məlumatda bildirilir ki, layihəyə əsasən, ümumi təhsilin həyata keçirildiyi müəssisələrdə işə bir qayda olaraq, pedaqoji ali təhsilli mütəxəssislər müəyyən edilmiş qaydalara uyğun olaraq, bilavasitə öz ixtisasları üzrə qəbul olunurlar. Zəruri hallarda ucqar yaşayış ərazilərində yerləşən ümumi təhsil müəssisələrində pedaqoji orta-ixtisas təhsilli şəxslərin qəbuluna, habelə ixtisaslı pedaqoji kadr çatışmadığı hallarda məzmun və mahiyyət etibarilə yaxın fənlərin müvafiq ixtisas müəllimi tərəfindən tədrisinə yol verilir. Cinayət məsuliyyətinə cəlb olunmuş təhsilverənlərin pedaqoji fəaliyyəti davam etdirmələri, habelə səhhətinin vəziyyətinə görə, təhsilverənlərin təlim-tərbiyə müəssisəsində fəaliyyədən kənarlaşdırılması müvafiq qanunvericilik aktları ilə tənzimlənir.

Ümumi təhsil sistemində çalısan təhsilverənlər, əsasən, ixtisası üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklərə, uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına, əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə, işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza və s. kimi keyfiyyət göstəricilərinə malik olmalıdırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/488627.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR