Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Lənkəranda reyd: Mağazalardan 100-ə yaxın dini ədəbiyyat müsadirə olundu

Lənkəranda reyd: Mağazalardan 100-ə yaxın dini ədəbiyyat müsadirə olundu

Date: 11 November 2016 18:05

Noyabrın 11-də Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Lənkəran şəhərində dini ədəbiyyatların satışı ilə məşğul olan 3 mağazada müvafiq reydlər keçiriblər.

DQİDK-dan Milli.Az-a verilən məlumata görə, keçirilən reydlər zamanı hər 3 mağazanın dini ədəbiyyatların satışını həyata keçirmək üçün DQİDK-dan razılıq əldə etmədikləri müəyyən olunub.

Reyd keçirilmiş mağazaların ikisindən ümumilikdə müvafiq razılığı olmayan  93 nüsxə dini təyinatlı ədəbiyyat aşkarlanaraq müsadirə edilib. Hər iki mağaza barəsində qanunamüvafiq qaydada protokol tərtib olunub. Digər mağaza sahibinə isə şifahi xəbərdarlıq edilib.

Mağaza sahibləri ilə müvafiq profilaktik söhbətlər aparılıb. Bu istiqamətdə müvafiq araşdırmalar davam etdirilir.

Pünhan Mirzə
Milli.Az


Tags:  Lənkəranda reyd Mağazalardan 100-ə yaxın dini ədəbiyyat müsadirə olundu

RƏYLƏR


Top news