Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Prokuror Bakıda dələduzluqda təqsirləndirilən keçmiş məhkum qadına cəza istəyib

Prokuror Bakıda dələduzluqda təqsirləndirilən keçmiş məhkum qadına cəza istəyib

Date: 11 November 2016 18:07

Bakı. 11 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mehriban Həbibova və Nicat Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında M.Həbibovanın 8 il, 6 ay, N.Əzizova isə 8 il cəza istəyib.
Məhkəmənin növbəti iclası noyabrın 18-nə təyin edilib.
Qeyd edək ki, M.Həbibova və N.Əzizov Bakı şəhər sakinlərinə qarşı dələduzluqda etməkdə təqsirli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb. Cinayət işində 8 zərərçəkmiş var. M.Hüseynova və N.Əzizov Cinayət Məcəlləsinin 178.3.2-ci (dəlduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunub. N.Əzizov barəsində həbs qətimkan tədbiri seçilməyib. O, hazırda zamindədir. Xatırladaq ki, M.Hüseynova daha əvvəllər məhkumluq həyatı yaşayıb.


Tags:  Prokuror Bakıda dələduzluqda təqsirləndirilən keçmiş məhkum qadına cəza istəyib

RƏYLƏR


Top news