Dünyada ən çox ölüm gətirən dördüncü xəstəlik

Dünyada ən çox ölüm gətirən dördüncü xəstəlik
18:08 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Dünyada hazırda 415 milyona yaxın şəkərli diabet xəstəsi var. 2040-cı ildə bu sayın 642 milyon olması ehtimal edilir.

Səhiyyə Nazirliyindən Publika.az-a verilən məlumatda bildirilib ki, 2016-cı ilin son hesablamalarına əsasən Azərbaycanda 212 577 nəfər şəkərli diabet xəstəsi var. Onlardan tip1 ŞD 28924 nəfər, tip 2 ŞD 183653 nəfərdir.

2016-cı il üçün dövlət büdcəsindən ŞD-lə bağlı dövlət proqramına 40,1 mln. manat vəsait ayrılıb.

Məlumatda bildirilir ki, dünyada hər 11 nəfərdən biri şəkərli diabetdən əziyyət çəkir. 75% ŞD xəstə olan insanlar aşağı və orta gəlirli ölkələrdə yaşayır. Qlobal səhiyyə xərclərinin 12% şəkərli diabet xəstəliyinə xərclənir, qlobal səhiyyə xərclərinin 673 milyard ABŞ dolları ŞD-in ağırlaşmalarına xərclənir (onun 12% yaşlı insanlara xərclənib).

ŞD tip 2-nin skrininqi xəstəliyin erkən aşkarlanmasını, erkən tibbi müdaxiləni, ona görə də fəsadların erkən qarşısının alınmasını təmin edir. Böyüklər arasında hər 2 nəfərdən biri (tip 2 ŞD xəstəsi) öz xəstəliyi haqqında məlumatsızdır. ŞD-lə xəstə olduqlarını bilməyənlər isə ağır fəsadlar əmələ gəldikdən sonra həkimə müraciət edirlər.

Ancaq düzgün qıdalanma, fiziki aktiv həyat tərzi, pis vərdişlərdən imtina 70% qədər ŞD tip2 ilə xəstələnmənin qarşısını alır. Bu o deməkdir ki, 160 milyona qədər daha az insan ŞD-lə xəstələnəcək.

Şəkərli diabet zamanı ağırlaşmaların vaxtında araşdırılması üçün aparılan skrininqlər xəstəliyin gedişatını yaxşılaşdırır. Diabetin göz, ürək qan-damar, böyrək, sinir sisteminə təsiri nəticəsində ağır problemlər meydana çıxır. Korluq, infark miokard, insult, böyrək hemodializi, ayaq amputasiyası erkən əllilliyə və ölümə səbəb olur. Diabeti olan insanlarda ürək qandamar xəstəliyindən və insultdan 2–3 dəfə, korluqdan - 10 dəfə, nefropatiyadan -12-15 dəfə, və s. ölüm halı müşahidə edilə bilər. Şəkərli diabet ölüm hallarına görə 4-cü yeri tutur. Belə olan halda ancaq erkən diaqnoz və erkən müdaxilə korluğun qarşısını ala bilər. ŞD zamanı ilkin tibbi xidmətin düzgün təşkili bu problemin həllində mühüm rol oynayır. İlkin tibbi xidmət zamanı göz və göz dibi vəziyyətdən asılı olaraq, ildə iki dəfə müayinə olunmalıdır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sehiyye/175585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR