Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əli Kərimlinin köməkçisinin həbs müddəti uzadılıb

Əli Kərimlinin köməkçisinin həbs müddəti uzadılıb

Date: 11 November 2016 18:09

AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin barəsində olan həbs qətimkan tədbirinin vaxtı uzadılıb.

Lent.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Babək Pənəhovun sədrliyi ilə keçirilən prosesdə prokurorluğun təqdimatına baxılıb. Prosesdə qərar elan edilib. Qərara əsasən Faiq Əmirli barəsində seçilən həbs-qətimkan tədbiri 2017-ci ilin yanvarın 12-nə kimi uzadılıb.

Qeyd edək ki, F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.  

Nəsimi rayon Məhkəməsində Faiq Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 


Tags:  Əli Kərimlinin köməkçisinin həbs müddəti uzadılıb


RƏYLƏR


Top news