Prezident İlham Əliyev Livanın yeni dövlət başçısını təbrik edib

Prezident İlham Əliyev Livanın yeni dövlət başçısını təbrik edib
18:12 11 Noyabr 2016
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna təbrik məktubu göndərib. 
"Report"un məlumatına görə, təbrikdə deyilir: 
Hörmətli cənab Prezident,
Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Eyni zamanda ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm". 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/prezident-i-lham-eliyev-livanin-yeni-dovlet-bascisini-tebrik-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR