Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub

Date: 11 November 2016 18:22

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Muhammad Zakaullah ilə görüşüb.

Milli.Az bildirir ki, səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan arasında səmimi dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki sahədə əməkdaşlığın davam etdirilməsi, vaxtaşırı keçirilən sərgilərdə və təlimlərdə iştirakın mütəmadi təmin olunması, təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, hər iki ölkənin bir-birinə bütün sahələrdə göstərdiyi birmənalı dəstəyin daim yüksək qiymətləndirildiyi vurğulanıb, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin və Kəşmir məsələsinin beynəlxalq huququn tələbləri və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının vacibliyi qeyd olunub.

Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Muhammad Zakaullah, Pakistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin, tarixi, dini və mədəni köklərə malik olduğunu bildirib, ölkələrimiz arasında əlaqələrin, o cümlədən Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin, ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyini qeyd edib.

Milli.Az


Tags:  Azərbaycan Pakistan arasında hərbi-texniki sahədə əməkdaşlıq müzakirə olunub


RƏYLƏR


Top news