Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"İynəsini vurmurlar" - İt dişləyən uşağın nənəsi - VİDEO - FOTO

"İynəsini vurmurlar" - İt dişləyən uşağın nənəsi - VİDEO - FOTO

Date: 11 November 2016 18:27

Şəkidə 17 saylı orta məktəbin şagirdini it dişləyib.

ARB Şəki xəbər verir ki, 3-cü sinif şagirdi Məmmədov Pərvin Elçin oğluna məktəbin həyətində it hücum çəkib.

Ayağından yaralanan uşaq dərhal təcili tibbi yardım vasitəsilə Şəki MRX-yə çatdırılıb.

Laləzar Əliyeva - Uşağın nənəsi: "1-ə 15 dəqiqə qalmış uşaq məktəbdən çıxıb. 5 saatdır mən axtarıram. İynə tapıb vurmurlar. Əvvəlcə aşağıdakı sonra isə buradakı klinikaya gəldim. Burada da olmadı yenidən getdim ora. Oradan da bura göndərdilər".

Uşağa quduzluq əleyhinə vaksin vurulub. Evə buraxılıb. Məktəb rəhbərliyi isə mövcud vəziyyətlə bağlı tədbir görməkdə çətinlik çəkir.

İtin quduz olub-olmaması da məlum deyil. Məktəbin həyətində balaladığını da nəzərə alsaq, deməli zamanında it məktəbdən uzaqlaşdırılmasa eyni vəziyyət davam edəcək.

Milli.Az








Tags:  İynəsini vurmurlar İt dişləyən uşağın nənəsi VİDEO FOTO

RƏYLƏR


Top news