Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məcburi köçkünün məskunlaşdığı uşaq bağçasında YANĞIN

Məcburi köçkünün məskunlaşdığı uşaq bağçasında YANĞIN

Date: 11 November 2016 18:32

Beyləqanda uşaq bağçasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Beyləqan şəhərində icra hakimiyyətinə məxsus ümumi sahəsi 1600 kv.m olan ikimərtəbəli uşaq bağçasının 1-ci mərtəbəsində Füzuli rayon məcburi köçkününün məskunlaşdığı sahəsi 30 kv.m olan 2 otağın yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb.

Bağça binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Tags:  Məcburi köçkünün məskunlaşdığı uşaq bağçasında YANĞIN

RƏYLƏR


Top news