Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

''O xanım nə polisdir, nə də avtoş'' - FOTO

''O xanım nə polisdir, nə də avtoş'' - FOTO

Date: 11 November 2016 18:42

Səbail Rayon Dövlət Yol Polis İdarəsi rayon ərazisində qadın polis əməkdaşının avtoxuliqanlıq etdiyinə görə saxlanılması barədə məlumatlara münasibət bildirib.

Milli.Az xəbər verir ki, idarədən report-un sorğusuna cavab olaraq bildirilib ki, 10 MA 084 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 30 yaşlı Neymətova Elmira Zahir qızı polis əməkdaşı deyil və avtoxuliqanlıq etməyib.

Məlumatda bildirilib ki, ötən gün Neftçilər prospektində E.Neymətovanın idarə etdiyi avtomobil İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.2-ci maddəsinin (Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 "Giriş qadağandır" yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə) tələblərini pozduğu üçün saxlanılıb. Onun avtomobili Səbail rayonunda yerləşən müvəqqəti duracağa aparılıb. "Elmira Neymatova 60 manat məbləğində cəriməsini ödədikdən sonra avtomobilini müvəqqəti duracaqdan aparıb", - idarədən bildirilib.

Qeyd edək ki, criminal.az saytı xanım polis işçisinin Bakıda avtoxuliqanlıq etdiyinə görə noyabrın 8-də saxlanılması haqda məlumat yaymışdı.

Milli.Az




Tags:  xanım polisdir avtoş FOTO

RƏYLƏR


Top news