Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsində dəyişiklik

Mədəniyyət və Turizm Nazirliyinin Əsasnaməsində dəyişiklik

Date: 11 November 2016 19:08

Prezident İlham Əliyev Azərbaycan Prezidentinin 2006-cı il 18 aprel tarixli 393 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi haqqında Əsasnamə”nin 8.25-1-ci bəndi ləğv edilir.

Qeyd edək ki, Əsasnamənin 8-ci maddəsinin (Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:) həmin bəndində deyilirdi:

"8.25-1. turistlər üçün elektron viza almaq hüququ olan Azərbaycan Respublikasında fəaliyyət göstərən turizm şirkətlərini akkreditasiyadan keçirmək;"


Tags:  Mədəniyyət Turizm Nazirliyinin Əsasnaməsində dəyişiklik

RƏYLƏR


Top news