Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

82 yaşlı şair öldü

82 yaşlı şair öldü

Date: 11 November 2016 19:11

Kanadalı məşhur yazıçı, şair və bəstəkar Leonard Koen 82 yaşında dünyasını dəyişib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, sənətkarın "Facebook" hesabında: “Dərin bir kədər ilə əfsanəvi şair, bəstəkar və sənətçi Koenin vəfat etdiyini bildiririk. Musiqi dünyasının ən hörmətli və məhsuldar sənətçilərindən birini itirdik” , - cümlələri qeyd olunub.

Leonard Koenin ölüm səbəbi haqqında isə məlumat verilməyib.

Xatırladaq ki, Leonard Norman Koen 21 Sentyabr 1934-cü ildə Kanadada, Montrealda dünyaya gəlib. Yazar, şair, və musiqiçi kimi tanınan Koen ilk şeir kitabını 1956-cı ildə, ilk romanını isə 1963-cü ildə nəşr etdirib. Koen Avropa pop musiqisinə söykənən ilk işlərinin ardından, din, təklik, cinsəllik və insanlararası əlaqələr kimi mövzular da işləyirdi. Kanadanın şərəf medalı sahibi olan Leonard 2008-ci ildə “Rock and Roll Hall of Fame”də adını ən güclü mahnı müəllifləri sırasına yazdırıb. Qremmi mükafatı laureatıdır.


Tags:  yaşlı şair öldü

RƏYLƏR


Top news