Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunan “Xəmsə” bilik yarışı keçirilib

Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunan “Xəmsə” bilik yarışı keçirilib

Date: 11 November 2016 19:12

Bakı. 11 noyabr. REPORT.AZ/ SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin təşkilatçılığı ilə bir sıra müəssisə, idarə və təşkilatların komandaları arasında Dövlət Bayrağı, Konstitusiya və Milli Dirçəliş günlərinə həsr olunmuş “Xəmsə” bilik yarışması keçirilib.
Bu barədə “Report”a İB-dən məlumat verilib.
“Azərikimya” İB-nin də təmsil olunduğu yarışlara Bakı Ali Neft Məktəbinin, Sumqayıt Dövlət Universitetinin, AMEA Polimer Materialları İnstitutunun, MDU-nun Bakı filialının, YAP Sumqayıt şəhər təşkilatının, Sumqayıt Dövlət Texniki kollecinin, “Paşa-Həyat Sığorta” ASC-nin, SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim-Tədris Mərkəzinin, Karbamid zavodunun, FHN-nin Sumqayıt Regional mərkəzinin, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatınin, “N” saylı hərbi hissənin, “Asan Xidmət”in və digər müəssisələrin komandaları da daxil olmaqla 20 komanda qatılıb.
Yarış iştirakçılarının xüsusi fəallığı, münsiflər heyətinin, o cümlədən “Xəmsə” yarışları üzrə mütəxəssislərin ciddi nəzarəti altında keçirilən, üç seçim və bir final mərhələsindən ibarət olmaqla dörd saata qədər davam edən bilik yarışmasında yüksək bilik səviyyəsi, geniş dünyagörüşü və hazırcavablıqları ilə seçilən “Azərikimya” İB-nin komandası birinci, YAP Sumqayıt şəhər təşkilatının və Bakı Ali Neft Məktəbinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Karbamid zavodunun komandası həvəsləndirici mükafata (IV yer) layiq görülüb.
“Azərikimya”İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev bilik yarışmasında mükafata layiq yerlər tutan komandaların üzvlərini təbrik edib, onlara daha böyük qələbə sevincləri arzulayıb.
Qalib komandalara “Azərikimya” İstehsalat Birliyi Həmkarlar İttifaqı Komitəsi tərəfindən fəxri diplomlar və mükafatlar təqdim olunub. 
Həmçinin, Sumqayıt Dövlət Universitetinin komandası bilik yarışmasında fəal iştirak etdiyinə və 4 fəal komanda arasında keçirilən şans mərhələsində qalib gəldiyinə görə mükafatlandırılıb. 















Tags:  Dövlət Bayrağı Konstitusiya Milli Dirçəliş günlərinə həsr olunan Xəmsə bilik yarışı keçirilib

RƏYLƏR


Top news