Son günlər dünyanın gündəmində olan bir nömrəli mövzu
ABŞ-da keçirilən prezident seçkilərinin nəticələridir. Dünya KİV-i
seçkilərin qalibi olan Donald Trampın seçki kampaniyasında verdiyi
vədləri yerinə yetirib-yetirməyəcəyini müzakirə edir. Trampın
seçilməsinə qarşı etiraz aksiyaları ABŞ-ın bütün ərazisini əhatə
edib. Mixail Saakaşvili hakimiyyət uğrunda mübarizəyə atılıb. Kiyev
Kremlin Ukrayna ilə bağlı planını açıqladı.
Amerikada “rəngli inqilab” başlayır –
BUMERANQ
Amerikada prezident seçilən Donald Trampa qarşı
etiraz aksiyaları davam edir. Ölkənin müxtəlif
yerlərində keçirilən aksiyalara minlərlə insan qatılıb. Etirazlar
Nyu-York başda olmaqla, Vaşinqton, Baltimor, Filadelfiya,
Los-Anceles, San Fransisko və Oakland kimi böyük şəhərlərdə
keçirilir.
Küçələrə çıxan minlərlə insan “Mənim prezidentim deyil”
plakatlarını daşıyırlar.
Amerikada “rəngli inqilab” başlayır – BUMERANQ
Amerikada prezident seçilən Donald Trampa qarşı etiraz aksiyaları davam edir.
Amerikada üsyan – FOTO/VİDEO
Donald Trampın prezident seçilməsindən sonra ABŞ-da etiraz aksiyaları getdikcə yüksəlir.
Hillari Klinton tərəfdarları isə hələ də keçmiş
dövlət katibinin prezident olacağına ümid edirlər.
“Change.org saytında” Hillari Klintonun ABŞ prezidenti
seçilməsi üçün elektron xahiş (petisiya) dərc
edilib.
Müraciətin müəllifləri Seçicilər Kollegiyasını 19 dekabrda
nəzərdə tutulmuş formal səsvermədə demokrat Hillari Klintona səs
verməyə çağırıb. Müraciətin müəllifi qeyd edir ki, siyasətçi ABŞ
sakinlərinin daha çox səsini toplayıb. Mətndə iddia edilir ki, Ağ
Evi başqa namizədə vermək hələ mümkündür.
Klinton üçün petisiya dərc edildi
“Change.org saytında” Hillari Klintonun ABŞ prezidenti seçilməsi üçün elektron xahiş (petisiya) dərc edilib.
Kremlin planında erməni faktoru – ÇEVRİLİŞ
HAZIRLANIR
ABŞ-da Donald Trampın prezident seçilməsinə sevinən
Rusiya qonşu Ukraynada da başqa rəhbərliyi görmək arzusundadır.
Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaxın
günlərdə Rusiya xüsusi xidmət orqanlarının Ukraynada
qeyri-stabillik yaratmaq üzrə planlarını açıb.
Ukrayna Təhlükəsizlik Xidmətinin departament müdiri Anatoli
Dublik bildirib ki, Rusiya Ukraynada yeni Maydan hazırlayır. Onun
sözlərinə görə, aksiyaların hədəfi Ukraynada növbədənkənar
parlament seçkilərinin keçirilməsidir. “Bu seçkilərdə hakimiyyətə
Moskvanı dəstəkləyən siyasətçilər gəlməlidir”, - deyə o,
bildirib.
Kremlin planında erməni faktoru – ÇEVRİLİŞ HAZIRLANIR
Ukrayna Təhlükəsizlik Xidməti və Xarici Kəşfiyyat Xidməti yaxın günlərdə Rusiya xüsusi xidmət orqanlarının Ukraynada qeyri-stabillik yaratmaq üzrə planlarını açıb.
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru
Mixail Saakaşvili isə yeni partiyanın yaradıldığını elan
edib.
“Biz yeni və geniş siyasi güc, yeni güclərin platformasını
yaradacağıq. Növbədənkənar parlament seçkilərinin keçirilməsi və
mövcud rejimin dəyişdirilməsi partiyanın hədəfi olacaq”, - deyə
Saakaşvili bildirib.
O, həmçinin deyib ki, yeni siyasi güc başqa siyasi güclərlə
bloklara daxil olmayacaq. Saakaşvli Ukraynadakı siyasi spektrin
praktik olaraq tamamilə çürüdüyünü deyib.
Kiyev uğrunda Saakaşvili-Putin mübarizəsi başlandı
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili yeni partiyanın yaradıldığını elan edib.
Daha əvvəl isə Mixail Saakaşvili bildirib ki, Ukrayna
prezidenti Pyotr Poroşenko ona “Pyotr Poroşenkonun Bloku”
partiyasının lideri və ölkənin baş naziri olmağı təklif
edirdi.
Lakin Saakaşvili bu postlardan imtina edib. Saakaşvilinin
sözlərinə görə, Pyotr Poroşenko “Pyotr Poroşenkonun Bloku”nun
başçısının müavini Aleksey Qonçarenkonun arxasınca qaçmaq və ondan
qanunlara səs verməyi xahiş etmək istəmirdi.
Rusiya baş nazirə sui-qəsd cəhdinə görə üzr
istədi
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının başçısı
Nikolay Patruşev rus millətçilərinin Çernaqoriyada çevriliş cəhdi
və ölkənin baş nazirinə sui-qəsd planlarına görə üzr
istəyib.
Bu haqda Serbiya hökumətindəki mənbəyə istinadən “The Guardian”
yazıb.
Noyabrın əvvəlində Çernaqoriya prokurorluğu elan edib ki, rus
milətçilərinin baş nazir Milo Cukanoviçə sui-qəsdinin qarşısı
alınıb. Hakimiyyətin məlumatına görə, həmin qrup ölkə parlamentini
hücumla almağa hazırlaşırdı. “The Guardian” əlavə edir ki,
sui-qəsdçilər polis adı altında binaya girməyi
planlaşdırırdılar.
Rusiya baş nazirə sui-qəsd cəhdinə görə üzr istədi
Hakimiyyətin məlumatına görə, həmin qrup ölkə parlamentini hücumla almağa hazırlaşırdı.
Səlahiyyət müddətinin başa çatmasına bir il qalmış
Fransa prezident Fransua Olland impiçment oluna
bilər.
Fransa Milli Məclisi (parlamentin aşağı palatası) noyabrın 10-da
Fransa prezidentinə impiçment haqqında qətnamə layihəsini göndərib.
Milli Məclisin sədri Klod Bartalonenin göndərdiyi sənəddə deyilir
ki, layihə Respublikaçılar Partiyasından 79 deputatın dəstəyini
alıb. Konstitusiyanın 68-ci maddəsinin müddəalarına uyğun olaraq,
qətnamə layihəsinə Milli Məclis tərəfindən baxılması üçün 58 səs
kifayətdir.
Bildirilir ki, layihənin hazırlanmasının səbəbi prezident
Ollandın “öz səlahiyyətlərini ciddi şəkildə pozması” və “dövlət
sirrinin qorunması sahəsində buraxdığı səhvlər”dir.
Qətnamə layihəsinin surəti ölkənin baş nazirinə də
göndərilib.
“Bu yay Türkiyə qarışacaq, ora
getməyin”. Bu təlimatıFETÖ lideri Fətullah Gülən 15
iyul dövlət çevrilişinə cəhddən öncə tərəfdarlarına verib.
FETÖ-nün Almaniyadakı üzvlərindən biri anonim ad altında mediaya
danışıb ki, 15 iyuldan öncə Gülən onlara təlimat göndərib. “Aprel,
may və iyun aylarında aparılan bütün söhbətlərdə, keçirilən bütün
toplantılarda xəbərdarlıqlar edilirdi. Xüsusilə camaatın yüksək
səviyyəli üzvləri “Hoca əfəndi" Türkiyə bu yay qarışacaq, ora
getməyin” deyir. Heç kim bu yay Türkiyəyə getməsin” dedilər. Bu
təlimatdan sonra heç kim Türkiyəyə getmədi”, - deyə o,
bildirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə Avropanı
hədələyib. Prezident“Əl-Cəzirə” kanalına
müsahibəsində ölkəsində hazırda 3 milyon qaçqının olduğunu, onların
Avropaya gedə biləcəyini vurğulayıb: “Biz 3 milyon qaçqını
saxlayırıq və Avropa İttifaqı Türkiyəyə dəstək verməlidir. Bu
qaçqınlar Avropaya getsə, Avropa çaşıb qalar. Hazırda 100 qaçqını
qəbul edə bilmirlər”.
Ərdoğan Avropa İttifaqının üzərinə götürdüyü vəsaiti də
Türkiyəyə vermədiyini xatırladıb.
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175592.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)