Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Noyabr

Sevinc Vaqifqızı ilə "Ana xəbər" bloku – 11 Noyabr
20:09 11 Noyabr 2016
103 Digər
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

 

ABŞ-da respublikaçılar və demokratların hakimiyyətdə təmsilçiliyi növbəli xarakter daşıyır. Bu dövriliyi həm prezident kürsüsünə, həm Konqresin tərkibinə şamil etmək olar. Hər prezident özündən əvvəl yürüdülən siyasətdə qeydə alınan boşluqları aradan qaldırmağa çalışır. Məsələn, respublikaçı Corc Buş terrorçuluğa qarşı mübarizə adı altında Əfqanıstan və İraqa hərbi kontingent yeritdi, demokrat Barak Obama isə hər iki bölgədən ABŞ hərbi kontingentini çıxarmaq barədə qərar verdi. Bununla bağlı çox misallar çəkmək olar. Bəs Tramp öz sələfinin hansı “səhvlərini” düzəldəcək? Obama dönəmində ABŞ Rusiyaya qarşı aktiv təcrid siyasəti yürüdüb, Trampın dönəmində bunun tam əksini görə bilərik. Obama dönəminin ən böyük uğurlarından biri İrana qarşı ənənəvi siyasətin dəyişməsi olub, Trampın seçkiqabağı açıqlamaları isə ABŞ-ın yenidən ənənəvi İran siyasətinə geri dönəcəyini göstərir. Bəs Qafqazla bağlı siyasət necə olacaq? Trampın Rusiya və Türkiyə ilə münasibətlərə daha loyal yanaşması sözsüz ki, Vaşinqtonun Qafqaz siyasətinə də təsirsiz ötüşməyəcək. Prezidentliyin ilk dövrlərində ABŞ-ın Qafqaz regionuna yönəlmiş aktiv siyasətinin şahidi olacağımız ehtimalı azdır, bununla belə Azərbaycan-ABŞ münasibətlərində əvvəllər olduğu kimi müəyyən gərginliklərin Tramp dövründə də  yaşanacağı üçün hələlik heç bir əsas yoxdur. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259232

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR