Alibaba-da yeni rekord - "SUBAYLAR GÜNÜ"

Alibaba-da yeni rekord - "SUBAYLAR GÜNÜ"
20:12 11 Noyabr 2016
99 Dünya
Ölkə mətbuatı
A- A+

Alibaba, bu il də Subaylar Gününü böyük qazancla bağlamaq üzrədir.
Ötən il 11 Noyabrın ilk 8 dəqiqəsində 1 milyard dollarlıq satış edən Alibaba, bu il iki saatda 7 milyard dollarlıq və ilk 16 saatda 13.7 milyard dollar satış edib.
Çinin ən böyük e-ticarət çılğınlığı kimi tanınan Subaylar Günü, əlbəttə, Alibaba üçün olduqca gəlirli keçən bir gündür və bu gündə xüsusi müxtəlif endirim kampaniyaların təqdim edilir.
Milli.Az fins.az-a istinadən bildirir ki, gələn məlumatlara görə, Alibaba, ilk iki saatda 7 milyard dollarlıq satış edib ki, bu məbləğ ötən ilin bütün gündəlik satışının az qala yarısı ilə üst-üstə düşür.
Amma gün sonunda ümumi satış həcminin 20 milyard dollar olacağı proqnozlaşdırılır, çünki günün irəliləyən saatlarında satışlar azalma göstərir.
Ötən ildən nümunə gətirsək, 11 Noyabr 2015-in ilk 8 dəqiqəsində 1 milyard dollarlıq satış edən Alibaba, 1 saat ərzində 3,9 milyard dollar ilk 12 saat ərzində 9 milyard dollar satış etmişdi.
Alibaba, günü isə 14,3 milyard dollar ilə bağlamışdı.
Çində keçən il edilən cəmi 11 Noyabr satışlarının ümumi həcmi əvvəlki ilə nisbətən 36,2 faiz artaraq 3,8 trilyon yuan, yəni 55,7 milyard dollar olmuşdu.
Analitiklər sürətlə böyüyən Çin e-ticarət bazarı həcminin 2018-də 1,57 trilyon dollara çatacağını təxmin edirlər.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR