Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Türkiyənin baş naziri ilə ABŞ-ın yeni prezidenti arasında telefon danışığı olub

Türkiyənin baş naziri ilə ABŞ-ın yeni prezidenti arasında telefon danışığı olub

Donald Tramp Tereza Meylə danışıb (22 Mart 2017 23:22)
Tillersonla Çavuşoğlu telefonla danışdı (19 Mart 2017 20:48)
Hollandiyanın baş naziri üzr istədi (15 Mart 2017 11:52)

Tarix: 11 Noyabr 2016 20:12

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Binəli Yıldırım ilə ABŞ-ın yeni prezidenti Donald Tramp arasında telefon danışığı olub. 
"Report" "Habertürk"ə istinadən xəbər verir ki, söhbət zamanı B.Yıldırım D.Trampı ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib, seçkinin nəticələrinin ABŞ xalqı üçün xeyirli olmasını diləyib: "Bu gün qarşılıqlı hörmət, ortaq mənafe və dəyərlərə söykənən əlaqələrimiz güclü, dayanıqlı və həmişəkindən mühümdür. Qarşıdakı dövrdə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün addımlarımızı atmaqda davam edəcəyik". 
B.Yıldırıma təşəkkür edən Donald Tramp Türkiyəyə xüsusi dəyər verdiyini, Türkiyə-ABŞ münasibətlərinin və dialoqunun qarşıdakı dövrdə daha da inkişaf etdirilməsinə üstünlük verdiyini bildirib. 
Söhbət zamanı həmçinin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Teqlər:  Türkiyənin baş naziri ABŞ-ın yeni prezidenti arasında telefon danışığı olub



RƏYLƏR


Top xəbərlər