Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İŞİD 40 nəfəri elektrik dirəklərindən asıb

İŞİD 40 nəfəri elektrik dirəklərindən asıb

Ötən il 18 yaşadək 5 uşaq narkotik satışına görə tutulub (06 Mart 2017 16:34)
Daha iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb (27 Fevral 2017 11:42)

Tarix: 11 Noyabr 2016 20:17

İŞİD xəyanətdə ittiham etdiyi 40 sakini Mosulda elektrik dirəklərindən asıb, BMT bildirir.

Bir nəfərin isə İŞİD-in mobil telefondan istifadəyə qoyduğu qadağaya əməl etmədiyi üçün Mosulun mərkəzində insanların gözü önündə güllələndiyi bildirilir.

Milli.Az BBC-yə istinadən bildirir ki, İraq təhlükəsizlik qüvvələri Mosulu İŞİD-dən  geri almaq üçün hücumlarını davam etdirir.

Sakinlərin qətli ilə bağlı qərarlar özü-özünü təyin etmiş "məhkəmələr" tərəfindən verilib, BMT hesabatında deyilir.

"Xəyanət və ortaqlıqda" ittiham edilmiş 40 sakinə narıncı paltarlar geyindirilib və üzərində qırmızı rənglə "satqınlar və İSF (İraq Təhlükəsizlik Qüvvələri) agentləri" yazılıb.

BMT bildirir ki, çərşənbə gününün axşamı 20 sakin Mosulun şimalındakı Ğabat hərbi bazasında məlumat ötürməkdə günahlandırılaraq güllələniblər.

BMT həmçinin İŞİD-in yeniyetmələri cəbhə boyu yerləşdirməsindən narahatlığını bildirib. İŞİDərəfindən yayılmış videolarda uşaqlar insanları casusluğa görə güllələyirlər.

İŞİD 6 noyabrda bəyan edib ki, onlar Mosulun şərqində döyüşdən qaçmağa çalışan yeddi silahlının başlarını kəsiblər.

Milli.Az


Teqlər:  İŞİD 40 nəfəri elektrik dirəklərindən asıb



RƏYLƏR


Top xəbərlər