Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Binəli Yıldırım Trampla danışdı

Binəli Yıldırım Trampla danışdı

Hollandiyanın baş naziri üzr istədi (15 Mart 2017 11:52)
Niderland Türkiyədən üzr istədi (14 Mart 2017 22:42)
Niderland Türkiyədən ÜZR İSTƏDİ (14 Mart 2017 21:53)

Tarix: 11 Noyabr 2016 20:32

Söhbət zamanı həmçinin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb

Türkiyənin Baş naziri Binəli Yıldırım ilə ABŞ-ın yeni Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Milli.Az "Report"a istinadən bildirir ki, söhbət zamanı B.Yıldırım D.Trampı ABŞ-ın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib, seçkinin nəticələrinin ABŞ xalqı üçün xeyirli olmasını diləyib: "Bu gün qarşılıqlı hörmət, ortaq mənafe və dəyərlərə söykənən əlaqələrimiz güclü, dayanıqlı və həmişəkindən mühümdür. Qarşıdakı dövrdə əməkdaşlığımızı daha da inkişaf etdirmək üçün addımlarımızı atmaqda davam edəcəyik".
B.Yıldırıma təşəkkür edən Donald Tramp Türkiyəyə xüsusi dəyər verdiyini, Türkiyə-ABŞ münasibətlərinin və dialoqunun qarşıdakı dövrdə daha da inkişaf etdirilməsinə üstünlük verdiyini bildirib.
Söhbət zamanı həmçinin regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli.Az


Teqlər:  Binəli Yıldırım Trampla danışdı



RƏYLƏR


Top xəbərlər