"Azercell"in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib

"Azercell"in dəstəyi ilə II Uşaq Paralimpiya Oyunları keçirilib
20:37 11 Noyabr 2016
102 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı mobil operatoru “Azercell Telecom” MMC Milli Paralimpiya Komitəsivə UNİCEF-in Azərbaycan nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sumqayıt Paralimpiya idman kompleksində II Uşaq Paralimpiya Oyunları keçirilib.
Şirkətdən “Report”a verilən xəbərə görə, bu il keçirilən idman yarışında ölkənin müxtəlif regionlarından olan uşaq paralimpiyaçıları 5 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis, qolbol və boccia) öz güclərini sınayıblar. Yarışda 60-dan çox sağlamlıq imkanları məhdud uşaqların iştirak etdiyi Paralimpiya İdman Oyunlarında uğurlu nəticə əldə edən uşaqlar “Azercell” və Milli Paralimpiya Komitəsi tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, 2014-cü ildənşirkətin dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsində ölkənin müxtəlif ərazilərindən 50-dək uşaq idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.





Xəbərin orijinal ünvanı: https://report.az/idman/azercell-in-desteyi-ile-ii-usaq-paralimpiya-oyunlari-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR