MDB Statistika Komitəsinin saytında Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə makroiqtisadi göstəricilər yenilənib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, CA-News nəşrinin ekspertləri məlumatları ölkələr üzrə bir qrafikdə yığıblar ki, oxucu İttifaqın dağılmasından sonra MDB məkanındakı iqtisadi proseslərdə öz ölkəsinin yerini görə bilsin.
Qeyd edilir ki, neftlə zəngin Azərbaycan - hansının ki, iqtisadiyyatı son 20 il ərzində beş dəfədən çox böyüyüb, - mütləq lider olub. Ancaq iqtisadiyyatının əsasını neft təşkil edən digər ölkə - Qazaxıstan belə yüksək göstəricilərə nail ola bilməyib və burada artım cəmi 262% təşkil edib.
Ermənistanın iqtisadiyyatına gəlincə, o, demək olar ki, 20 il ərzindəki artımla gözlənilmədən ikinci yerə (400%) çıxıb. Üçüncü yerdə təxminən 350%-lə Belarus qərarlaşıb.
Mərkəzi Asiya ölkələrinin arasında ən yüksək artım sürətini (3,5 dəfə) Özbəkistan göstərib. Tacikistan və Qırğızıstan müvafiq olaraq 269% və 234% artıma nail olublar.
Ən kiçik artım Rusiya, Moldova və Ukraynada qeydə alınıb (müvafiq olaraq 177%, 173% və 107%).
Milli.Az