Siyəzən sakini həyat yoldaşının sevgilisini BAĞIŞLADI

Siyəzən sakini həyat yoldaşının sevgilisini BAĞIŞLADI
20:57 11 Noyabr 2016
276 Ölkə
Ölkə mətbuatı
A- A+

Siyəzən rayon sakini, 1988-ci il təvəllüdlü Elvin Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Elvin Abdullayev həbs olunana kimi Dövlət Neft Şirkətində çilingər vəzifəsində işləyib.
 
İttihama görə, Elvin Abdullayev 29 iyul 2013-cü il tarixdə, saat 10 radələrində Siyəzən şəhəri, Babək küçəsi ilə gedərkən əvvəllər yaxın münasibətdə olduğu Könül Abbasovanın əri Qəzənfər Musayev ilə rastlaşıb.

Elvin Abdullayev ona həyat yoldaşı Könül Abbasovanın gəzəyən qadın olduğunu bildirib, onunla ailə qurmasını irad tutub.

Həyat yoldaşı haqqında xoşagəlməz ifadələr işlətdiyi üçün Qəzənfərlə Elvin arasında dava düşüb. Elvin qısqanclıq zəminində Qəzənfərdən intiqam almaq istəyib. O, üzərində gəzdirdiyi bıçaqla Qəzənfərə bir neçə zərbə vurub. Qəzənfər vaxtında xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.

İstintaq orqanı tərəfindən Elvin Abdullayevə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham verilib. Siyəzən rayon Məhkəməsi onun əməlini Cinayət Məcəlləsinin 128-ci (sağlamlığa xəsarət yetirmə) maddəsinə tövsüf edilib.

Məhkəmənin hökmü ilə onun barəsində 1 il müddətinə islah işləri cəzası təyin edilib. Hökmdən narazı qalan prokurorluq apelyasiya protesti verib. Prokurorluq şikayətində Elvin Abdullayevin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsini istəyib.

Prokurorluğun protestinə Sumqayıt Apelyasiya Məhkəməsində, hakim Nazim Mövsümovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Məqsədim əlaqələrimi kəsmək olub"
 

Təqsirləndirilən şəxs qismində dindirilən Elvin Abdullayev bildirib ki, Qəzənfər Musayevin həyat yoldaşı Könül Abbasova onun iş yoldaşıdır: "Könül ilə bir neçə ildir yaxın münasibətlərim, əlaqələrim olub. Könül Qəzənfərə ərə gedəndən sonra onu xəyalımdan çıxarmaq istədim. Bunun üçün əri Qəzənfərdən istifadə etdim. Məqsədim Qəzənfəri vurmaqla həyat yoldaşı Könül ilə əlaqələrimi kəsmək olub".
 
"Həyat yoldaşımla məni izləyirdi"
 
Zərərçəkmiş Qəzənfər Musayev qeyd edib ki, Elvin Abdullayevi əvvəllər tanımayıb: "Onunla aramızda ədavət və qərəz olmayıb. "Siyəzənneft" Neft və Qazçıxarma İdarəsində işləyən Könül Abbasova ilə ailə həyatı qurmuşam. İyulun 28-də, saat 21 radələrində Siyəzən şəhərində Mərkəzi Parkda gəzintiyə çıxarkən bir nəfər şəxsin bizi izlədiyini gördüm. Həyat yoldaşım həmin şəxsin onunla bir idarədə işləyən Elvin olduğunu bildirdi. Lakin həmin gün Elvinə heç bir söz demədim, həyat yoldaşım ilə birlikdə evə qayıtdıq".

"Arvadımın gəzən qadın olduğunu bildirdi"

Zərərçəkmişin sözlərinə görə, ertəsi gün, saat 10 radələrində Siyəzən şəhərinin mərkəzində olarkən Siyəzən Rayon İcra Hakimiyyətinin şəhər üzrə nümayəndəliyinin inzibati binasının arxa hissəsində Elvinlə rastlaşıb: "Bu zaman Elvin arvadımın  ləyaqətsiz və gəzən qadın olduğunu bildirdi. Bildirdi ki, nahaq onunla ailə qurmusan. Elvinə etirazımı bildirdim. O, yaxamdan tutdu. Özümü müdafiə etmək üçün Elvini kənara itələdim. Bundan sonra o, cibindən bıçaq çıxararaq məni vurub qaçdı. Oradan yaşadığım evə qayıtdım, həmin anda işdə olan həyat yoldaşı Könülə zəng edərək Elvinin mənə bıçaqla xəsarət yetirdiyini bildirdim. Ona görə Könül işdən icazə alaraq evə qayıtdı. Yaramın ciddi olduğunu görərək məni Siyəzən Müalicə Diaqnostika Mərkəzinə apardı. Dioqnostika Mərkəzində mənə ilkin tibbi yardım göstərildi, sorğu zamanı tibb işçilərinə məni bıçaqla vurduqlarını bildirdim. Polislər xəstəxanaya gəldilər. Elvindən heç bir şikayətim yoxdur. Elvin Abdullayevi bağışlayıram və ona cəza verilməsini istəmirəm".

"Ailə qurandan sonra Elvin ilə əlaqəmi bitirmişəm"

Cinayət işi üzrə şahid qismində ifadə verən Könül Abbasovanın sözlərinə görə, Elvin Abdullayev ilə iki ilə yaxın bir yerdə işləyib və onunla dostluq münasibətində olub: "Ailə qurandan sonra Elvin Abdullayev ilə əlaqəmi bitirmişəm. Həyat yoldaşım Qəzənfərlə iyulun 28-də, axşam saat 21 radələrində Siyəzən şəhər parkına gəzintiyə çıxmışdıq. Bu zaman Elvinin bizi izlədiyini gördüm və bundan narahat oldum. Elvinə heç bir söz demədən həyat yoldaşım ilə birlikdə evə qayıtdım. Ertəsi gün işdə olarkən həyat yoldaşım zəng edərək, Elvinin onu bıçaqla ayağından vurduğunu, hazırda evdə olduğunu bildirdi. Bunun üçün rəhbərlikdən icazə alaraq evə qayıtdım. Həqiqətən Qəzənfərin sağ ayağında xəsarət izinin olduğunu gördüm. Onu Siyəzən Regional Dioqnastika Mərkəzinə apardım. Orada sorğu zamanı həyat yoldaşım tibb işçilərinə bıçaqla vurulduğunu bildirdi".

Apelyasiya protestinin dəlillərini araşdıran hakim heyəti sonda Siyəzən rayon Məhkəməsinin çıxardığı hökmün ləğv edilməsi barədə qərar qəbul edilib.
 
Elvin Abdullayevin barəsində yeni hökm çıxarılıb. Yeni hökmə əsasən, Elvin Abdullayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib və o, 2 il 9 ay 18 gün azadlıqdan məhrum edilib.

Elvin Abdullayevin barəsində həbs qətimkan tədbiri seçilib, o, məhkəmə zalında həbs edilib. Onun cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2016-ci il tarixdən hesablanıb.

Milli.Az

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Azərbaycanlılar Rusiyada topdansatış ərzaq bazası TİKƏCƏKLƏR

30 Mart 2017 20:52

Bu qaya parçası erməninin başına düşdü - FOTO

30 Mart 2017 20:47

Azərbaycan kuboku:

30 Mart 2017 20:44

Səfirin məktubu 123 MİN DOLLARA SATILDI

30 Mart 2017 20:42

"Dinə inanmağın mənası yoxdur" - Azərbaycanı dünyaya tanıdan alim - FOTO

30 Mart 2017 20:37

5 yaşlı uşağın axtarışına başlanıldı

30 Mart 2017 20:33

Çində niqab QADAĞAN EDİLDİ

30 Mart 2017 20:32

Cəlilabadda qanunsuz at kəsimi və at əti tədarükü aşkarlandı - FOTOLAR

30 Mart 2017 20:28

Quşçuluq fermasında 30-dan artıq at cəmdəyi tapıldı - Cəlilabadda - FOTO

30 Mart 2017 20:27

Azərbaycanlı qızın erməni oğlanla

30 Mart 2017 20:25

İnsan orqanizmi üçün ən zərərli giləmeyvə

30 Mart 2017 20:18

Ukrayna malların Azərbaycan üzərindən daşınmasında maraqlıdır - FOTO

30 Mart 2017 20:17

Saqqal saxlamaq QADAĞAN OLUNDU

30 Mart 2017 20:17

Ərdoğanın proqramında dəyişiklik - PROBLEM YARANDI

30 Mart 2017 20:12

Nizami Hacıyev Zaur Svanadzenin taktikasını tənqid etdi

30 Mart 2017 20:07

Ən yaxın iki ildə MÜHARİBƏ, Moskva 20 il sonra... – GÜNÜN SİYASİ XÜLASƏSİ

30 Mart 2017 20:03

“Qolları həddiyə edəndən sonra futbolçular “sındı” - Zaur Svanadze

30 Mart 2017 19:57

"WhatsApp"da virus YAYILDI

30 Mart 2017 19:57

"Qəbələ" finalın qapısını açdı - VİDEO

30 Mart 2017 19:57

Bakıda ikimərtəbəli ev YANDI

30 Mart 2017 19:52

Hacı Şahin: "Metro öpüşmək yeri deyil. Bu, günahdır..." -

30 Mart 2017 19:50

Çində niqab qadağan edildi

30 Mart 2017 19:48

Nəriman Həsənzadə: "Xumar sözlərimə yeni nəfəs verib..."

30 Mart 2017 19:47

Sevinc Mirzəyevanın bacısı ondan imtina etdi

30 Mart 2017 19:44

5 yaşlı uşağın axtarışı başladı - Azərbaycanda

30 Mart 2017 19:42

Xorvatlar "Qəbələ"ni sevindirdi

30 Mart 2017 19:38

"Büstü düzəldəndə Ronaldunun internetdən tapdığım şəkillərindən istifadə etmişəm"

30 Mart 2017 19:37

Yığmamız Tailanda yollanır

30 Mart 2017 19:37

“Onun pərt olmasını başa düşmək olar” - Roman Qriqorçuk

30 Mart 2017 19:37

Çimərliklərə kanalizasiya suları axıdılmayacaq

30 Mart 2017 19:33

Putin Trampla görüşməyə hazırdır

30 Mart 2017 19:28

Arvadı 72 yaşlı aktyorla boşanır

30 Mart 2017 19:27

Azərbaycan KUBOKU: "Qəbələ" səfərdə "İnter"i məğlub etdi

30 Mart 2017 19:19

Fatimə təmtəraqlı ad günü edəcək - FOTO

30 Mart 2017 19:12

Qəbələdə ər arvadının boğazını kəsdi

30 Mart 2017 19:12

Fahriye və Burak qərarlarını verdilər!

30 Mart 2017 19:12

Zərərçəkən: “Azad olunmağım üçün MTN əməkdaşlarına 30 min dollar verdim”

30 Mart 2017 19:09

“Abay” kitabı təqdim olundu

30 Mart 2017 19:08

Azərbaycanlı qızın erməni KİŞİ İLƏ YENİ GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO/VİDEO

30 Mart 2017 19:03

Bakıda 3 otaqlı ev yanıb

30 Mart 2017 18:59

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

30 Mart 2017 18:57

Nüsrət məşhur seriala çəkildi - FOTO

30 Mart 2017 18:57

Arıqlamaq üçün 500 min dollar xərclədi - FOTO

30 Mart 2017 18:47

Daha bir küçədə hərəkət məhdudlaşdırılır

30 Mart 2017 18:44

Mədəniz ağrıyırsa, bundan yeyin

30 Mart 2017 18:42

Kişiləri bihuş edən gözəlçə milyonçu ərini ziyalı kişiyə DƏYİŞDİ - FOTO

30 Mart 2017 18:38

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək

30 Mart 2017 18:37

Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 İL HƏBS TƏLƏBİ

30 Mart 2017 18:34

Komitə sədri: “Azərbaycanda ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib”

30 Mart 2017 18:33

İlham Əliyevdən əlillərlə bağlı vacib sərəncam - 2 milyon manat ayrıldı

30 Mart 2017 18:33