OPEC oktyabrdakı neft hasilatını açıqladı

OPEC oktyabrdakı neft hasilatını açıqladı
21:03 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı oktyabrda sentyabr ayı ilə müqayisədə 240 min barrel artaraq 33 milyon 643 min barrel təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

OPEC daxilində xam neft istehsalı ən çox Nigeriya, Liviya və İraqda artıb, Anqolada isə hasilat azalıb.

Oktyabrda OPEC-in ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanında istehsal sentyabr ayına nisbətən gündəlik 51 min 700 barrel azalaraq 10 milyon 583 min barrel olub. Hesabat ayında İraqın gündəlik neft istehsalı 88 min barrel artaraq 4 milyon 561 min barrelə çatıb. İranda isə istehsal gündəlik 27 min barreldən çox artaraq 3 milyon 690 min barrel olub.

Oktyabrda sentyabr ayı ilə müqayisədə Nigeriyada neft istehsalı gündəlik 170 min barrel artaraq 1 milyon 628 min barrelə, Liviyada isə 167 min 500 barrel artaraq 528 min barrelə yüksəlib.

İyun ayında OPEC-ə yeni qoşulan və hasilatda ən aşağı paya sahib olan Qabonda isə istehsal oktyabrda sentyabr ayı ilə müqayisədə təxminən 10 min 800 barrel azalıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/gundem/175602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR