Gürcüstanda azərbaycanlıların daha bir təşkilatı yaradıldı - FOTO

Gürcüstanda azərbaycanlıların daha bir təşkilatı yaradıldı - FOTO
21:05 11 Noyabr 2016
96 Dünya
Ölkə mətbuatı
A- A+

Tiflisdə Gürcüstan Azərbaycanlı Tələbələr Birliyinin təqdimat mərasimi keçirilib.
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, tədbirdə İvane Çavaxişvili adina Tiflis Dövlət Üniversitetinin III kurs tələbəsi Mustafa İsmayılov birliyin sədri seçilib.
 
Tədbirdə çıxış edən müxtəlif universitetlərin tələbələri yeni təşkilatın yaradılmasını alqışlayıblar.
 
Təqdimatdan sonra tələbələrin yeni təşkilatla bağlı sualları cavablandırılıb.
 
M. İsmayılov bildirib ki, qurumun yaradılmasında məqsəd Gürcüstanın müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrin sosial, elmi və mədəni inkişafını təmin etmək, onların maariflənməsi və sərbəst müzakirələr apara bilməsi üçün alternativ təhsil proqramları təşkil etməkdir. O qeyd edib ki, bu proqramlara yerli və xarici ekspertlər, elm adamları dəvət olunacaq: "Biz eyni zamanda azərbaycanlı tələbələrin Gürcüstan cəmiyyətinə inteqrasiyasına dəstək olmaq və onların vətəndaş düşüncəsinin formalaşması üçün müxtəlif məqsədyönlü tədbirlər həyata keçirmək və bu istiqamətdə uğurlar əldə etmək istəyirik".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/488670.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR