Yıldırım Donald Trampı təbrik etdi

Yıldırım Donald Trampı təbrik etdi
21:19 11 Noyabr 2016
91 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə baş naziri Binali Yıldırım və ABŞ-da keçirilmiş prezident seçkilərinin qalibi Donald Tramp arasında telefon danışığı olub.

 

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Binali Yıldırım Donald Trampı ABŞ prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

 

“Türkiyə ABŞ ilə münasibətlərini möhkəmləndirmək əzmindədir. Bu məsələ siyasətimizdə prioritet olacaq. Əlaqələrimizin yeni səviyyəyə yüksəltmək üçün səylərimizi davam etdirəcəyik”, deyə B.Yıldırım bildirib.

 

B.Yıldırım həmçinin  Türkiyə və ABŞ arasında münasibətlərin ümumi maraqlara, dəyərlərə və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.

 

Donald Tramp, öz növbəsində,  Türkiyə ilə münasibətlərin ABŞ üçün önəm daşıdığını, rəsmi Ankara ilə dialoqun prioritet olduğunu qeyd edib. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259236

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR