Avtomobil aşıb, sürücü xəsarət alıb

Avtomobil aşıb, sürücü xəsarət alıb
21:37 11 Noyabr 2016
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Samuxda avtomobil aşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncədən İmamzadə ziyarətgahına gedən yolda qeydə alınıb.

Samux rayon Başmanlar kənd sakini, 1994-cü il təvəllüdlü Qalib Elşən oğlu İmanov idarə etdiyi "QAZ 24" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb.
 
Qəza zamanı sürücü müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488607.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR