3 və 4 ayaqlı insanlar - fotolar

3 və 4 ayaqlı insanlar - fotolar
21:56 11 Noyabr 2016
215 Şou
Ölkə mətbuatı
A- A+

Təbiətin şıltaqlıqları və irsi xəstəliklər səbəbi ilə insanlarda tez-tez anomaliyalara rast gəlinir.

Axşam.az xarici KİV-ə istinadən üç və dördayaqlı insanlar haqqında məlumat verir:

Mirtl Korbin - 12 may 1868-ci ildə Klernburnda anadan olub. O, anasının bətnində öz əkizinin ayaqları ilə pərçimlənmiş formada dünyaya gəlib. Mirtl 19 yaşında olarkən həkim Klinton Biçknel ilə ailə qurub. Onların bir oğlan, 4 qız övladları dünyaya gəlib. Dünyanın yeganə 4 ayaqlı qadınının sadəcə 1 ayağı normal işləyib. Yerdə qalan 3 ayağından biri qısa olub, digər ikisi isə yaxşı işləməyib. Korbin 60 yaşında 1928-ci il mayın 6-da vəfat edib.



Georq Lippert - 1844-cü ildə Almaniyada üçayaqlı və iki ürəkli formada anadan olub. Daha sonra Amerikaya köçüb. Ömrünün sonunadək 3 ayağı da normal işləyib. O, sirkdə çalışmağa başlayıb və öz dövrünün yeganə 3 ayaqlısı kimi tarixə düşüb. Lakin 1898-ci ildə İtaliyadan Françesko Lentini gəlib və onun bu statusunu əlindən alıb. Georqun 3 ayağı da o qədər normal fəaliyyətdə olub ki, o, hətta, asudə vaxtlarında futbol da oynayıb. Ətrafdakı insanlar tərəfindən sevilməyən xarakteri səbəbi ilə çox da bəyənilməyən Lippert 1906-cı ildə, 62 yaşında vərəmdən dünyasını dəyişib. Həkimlərin sözlərinə görə, üçayaqlı adam vərəm xəstəliyinə yaxalanmasaydı, hələ daha çox yaşaya bilərdi.



Françesko Lentini - 1889-cu ildə Siciliyada anadan olub. Onun inkişafdan qalmış bir ayaqlı əkiz qardaşı Frenkin onun onurğa sütununa yapışmış formada doğulub. Beləliklə, Frenkin 3  ayağı, 4 pəncəsi, 16 barmağı olub. Ən dəhşətlisi isə, onun ayaqlarının müxtəlif ölçüdə olması idi. Ailəsinin imtina etməsindən sonra onunla xalası məşğul olmağa başlayıb. Frenk, nəinki, üç ayağı üzərində yeriməyi, hətta, qaçmağı, ipdən tullanmağı, at və velosiped sürməyi öyrənib. Çox maraqlı həmsöhbət olmağı, xoş zarafatları ilə tanınan Lentini xeyirxahlığı və müdrikliyi ilə hamının sevimlisinə çevrilib.

Bu xüsusiyyət qadınlar tərəfindən də laqeyd qarşılanmır. Beləliklə o, Tereza Mürey adlı bir gənc qadınla ailə qurur və 4 sağlam uşağa atalıq edir. «3 ayaqlı futbolçu»  adı ilə tarixə düşən Lentini 40 il Amerika sirklərində çalışdıqdan sonra 1966-cı ildə 77 yaşında öz evində dünyasını dəyişib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR