Məktəb direktoru müəllimi döydü - Gədəbəydə

Məktəb direktoru müəllimi döydü  - Gədəbəydə
22:44 11 Noyabr 2016
251 Digər
Ölkə mətbuatı
A- A+

Gədəbəydə döyülmə faktı qeydə alınıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Çobankənd kəndində qeydə alınıb.

 

Kənd orta məktəbin direktoru Sahib Babayev mübahisə zəminində məktəbdə fizika müəllimi işləyən 1960-cı il təvəllüdlü Qəhrəman Əliyevi döyüb. Müxtəlif bədən xəsarətləri alan müəllim dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

 

Xəsarət alan müəllimin qardaşının verdiyi məlumata görə Q. Əliyev məktəb direktorundan uzun ildir çalışdığını üçün onun dərs saatını artırmağı xahiş edib. Lakin direktor onu çölə çıxararaq döyüb.

 

Faktla bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259240

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR