Şəmkir rayon sakini ağacdan yıxılaraq ağır xəsarət alıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Sarıtəpə kənd sakini 1957-ci il təvəllüdlü Akif Cəfərov müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, A. Cəfərov həyətində uca bir ağacı kəsmək istəyərkən hündürlükdən yerə düşüb.
Milli.Az