Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əməkdar artisti özündən çıxardılar: "Dözmədim, xanıma…"

Əməkdar artisti özündən çıxardılar: "Dözmədim, xanıma…"

Date: 11 November 2016 23:12

Əməkdar artist Rasim Cəfər seriallara baxmadan, Azərbaycan aktyorlarını qeyri-peşəkarlıqda suçlayan insanlara səslənib.

Milli.Az publika.az-a istinadən bildirir ki, aktyor sosial şəbəkədə ürəyini boşaldıb: "Bu gün BDU-nun yanında çəkiliş edirdik. Kənarda dayanıb, aktyor həmkarlarımın oyununa baxırdım. İnsafən yaxşı oynayırdılar. Təsadüfən yanımdan keçən iki xanımın söhbətini eşitdim. Xanımın biri o birinə deyirdi ki, əşi onsuz da bizim aktyorlar oynaya bilmirlər də... Dözmədim, xanıma yaxınlaşdım, dedim, bu seriala baxmısız? Dedilər yox. Dedim axırıncı dəfə hansı Azərbaycan filminə baxmısız? Dedilər heç birinə, biz ümumiyyətlə Azərbaycan filmlərinə və kanallarına baxmırıq. Dedim bəs haradan bilirsiz ki, bizim aktyorlar oynaya bilmir? Dedilər ki, bilirik dəəə... Vallah mən bu məntiqə, əminliyə, nə bilim nəyə heyranam... Day mənim sözüm yoxdur".

Qeyd edək ki, bir çox seriallarda baş rolda çəkilən R.Cəfər ATV-də nümayiş olunan "Məryəm" serilaında da baş rolu canlandırır.

Milli.Az


Tags:  Əməkdar artisti özündən çıxardılar Dözmədim xanıma

RƏYLƏR


Top news