İki avtomobil toqquşub, xəsarət alan var

İki avtomobil toqquşub, xəsarət alan var
23:17 11 Noyabr 2016
31 Ölkə
Ölkə mətbuatı
A- A+

Göygöldə iki avtomobil toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Balçılı kəndində qeydə alınıb.

İlkin məlumata görə, iki "VAZ" markalı avtomobilin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü 1994-cü il təvəllüdlü Elnur Nəbiyev müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
 
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
 
Faktla bağlı Göygöl rayon Polis şöbəsində araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/488685.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR