Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nursultan Nazarbayev Azərbaycana səfərinin təxirə salınmasından danışıb

Nursultan Nazarbayev Azərbaycana səfərinin təxirə salınmasından danışıb

Date: 11 November 2016 23:32

Bakı. 11 noyabr. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana nəzərdə tutulan səfərinin təxirə salınmasından danışıb.
"Report" xəbər verir ki, o, sözügedən məsələyə yerli mətbuat nümayəndələri üçün keçirdiyi brifinq zamanı toxunub.
İnternetdə səhhətində yaranmış problemlə bağlı ona şəfa diləyən hər kəsə minnətdarlığını bildirən Nursultan Nazarbayev, Azərbaycana səfərinin təxirə salınmasına da toxunub:
"Bloqqerlər bu barədə yazıblar, internetdə yazılıb. Xəstəliyimi elan etmək məcburiyyətində qaldıq, çünki mən beynəlxalq tədbirləri təxirə salmalı oldum. Azərbaycan və Ermənistana səfərlər nəzərdə tutulurdu, onu da təxirə saldıq. Çünki qızdırma və öskürək ilə harasa getmək mümkün deyildi".


Tags:  Nursultan Nazarbayev Azərbaycana səfərinin təxirə salınmasından danışıb


RƏYLƏR


Top news