Şimali İrlandiya-Azərbaycan oyunu yağışlı havada keçiriləcək

Şimali İrlandiya-Azərbaycan oyunu yağışlı havada keçiriləcək
23:42 11 Noyabr 2016
198 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ Şimali İrlandiya və Azərbaycan milli komandaları arasında keçiriləcək 2018-ci il Dünya çempionatının seçmə qrup matçı yağışlı hava şəraitində baş tutacaq.
"Report"un Belfasta ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırda "Windsor Park"da yağış yağır.
Matça az qalsa da, tribunalar hələ indi dolmağa başlayır. Millimizi dəstəkləməyə Avropa ölkələrindən 50-dən çox fanat gəlib. Onlar Azərbaycan bayraqları ilə komandamızın lehinə müxtəlif şüarlar səsləndirirlər.
Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.





Xəbərin orijinal ünvanı: https://report.az/futbol/simali-i-rlandiya-azerbaycan-qarsilasmasi-yagisli-havada-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR