Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

DÇ-2018: Azərbaycan millisi səfərdə Şimali İrlandiya ilə qarşılaşır

DÇ-2018: Azərbaycan millisi səfərdə Şimali İrlandiya ilə qarşılaşır

DÇ-2018: Növbəti oyunlar keçirildi - NƏTİCƏLƏR (27 Mart 2017 04:13)
Yığmamızın 44-cü DARMADAĞINI (26 Mart 2017 22:42)
İngiltərədən qələbə, Çexiyadan darmadağın (26 Mart 2017 22:37)

Tarix: 11 Noyabr 2016 23:52

Bakı. 11 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası 2018-ci il Dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirir.
"Report"un məlumatına görə, Robert Prosineçkinin baş məşqçisi olduğu komanda Belfast şəhərində Şimali İrlandiya yığmasının qonağıdır.
Millimiz ilk 3 oyundan sonra 7 xalla qrupda 2-ci yerdə gedir. Şimali İrlandiya yığması isə 4 xalla Azərbaycan millisinin ən yaxın izləyicisidir. Rəqib qalib gələrsə, xallar bərabərləşəcək, Azərbaycan qələbə qazanarsa, xal fərqi 6-dək artmış olacaq. Heç-heçə isə 3 xallıq fərqi saxlayacaq.
Yığmamız Şimali İrlandiya ilə bunadək 4 dəfə görüşüb. Həmin matçlar da dünya çempionatının seçmə mərhələ oyunlarına təsadüf edib. Keçirilən 4 oyunda hər yığma 1 dəfə qalib gəlib, qalan 2 matç isə bərabərliklə nəticələnib.
Dünya çempionatı - 2018, seçmə mərhələsi, C qrupu
11 noyabr
23:45. Şimali İrlandiya - Azərbaycan
Baş hakim: Kleman Tyurpen
Yan xətt hakimləri: Nikolya Dano, Siril Qrinqor
Dördüncü hakim: Frank Şnayder (hamısı Fransa)
Belfast. "Uindsor Park" stadionu



Teqlər:  DÇ-2018 Azərbaycan millisi səfərdə Şimali İrlandiya qarşılaşır



RƏYLƏR


Top xəbərlər