Əsas Qanunumuzun doğum günüdür: 21 ildə nələr dəyişib?

Əsas Qanunumuzun doğum günüdür: 21 ildə nələr dəyişib?
00:03 12 Noyabr 2016
48 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Elçibəyin doğum günüdür (24 İyun 2017 12:09)
Bülbülün doğum günüdür (22 İyun 2017 11:51)
Röya Ayxan üçün (14 İyun 2017 12:16)

Bu gün Konstitusiya günüdür. Müstəqil Azərbaycanın Konstitusiyasının qəbul olunmasından 21 il ötür.

Azərbaycanın qanunvericilik sisteminin əsasını təşkil edən Əsas Qanun 1995-ci il noyabrın 12-də Azərbaycan xalqının səsverməsi - referendum yolu ilə qəbul edilib. 1995-ci il noyabrın 27-dən qüvvəyə minib. Bu, müstəqil Azərbaycanın ilk konstitusiyası hesab olunur. Çünki 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti Konstitusiyanı qəbul edə bilmədi. Sonrakı illərdə qəbul edilən konstitusiyalar isə SSRİ dövrünə aid olub.

1995-ci ildə qəbul olunmuş Əsas Qanuna ilk əlavə və dəyişikliklər 2002-ci il 24 avqustda qəbul olunub. İkinci əlavə və dəyişikliklər 2009-cu ilin 18 martında referendum yolu ilə qəbul olundu. Birincidə konstitusiyanın 22 maddəsinə 31, ikincidə isə 29 maddəsinə 41 əlavə və dəyişikliklər edilib. 2009-cu ildə keçirilən referendumdan sonra, Azərbaycan Konstitusiyası 12 fəsil, 158 maddədən ibarət olub.

Sonuncu əlavə və dəyişikliklər isə bu il 26 sentyabrda keçirilən referendumda qəbul edildi.

Publika.az xəbər verir ki, sonuncu referendumla konstitusiyanın 23 maddəsində dəyişikliklər edildi, 6 maddə isə əlavə olundu.

Yeni maddələr

Parlamentin buraxılması

Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər) maddələrində, 96-cı (Qanunvericilik təşəbbüsü hüququ) maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır.

Prezidentin səlahiyyət müddəti artırıldı

Azərbaycan Respublikasının prezidentliyinə namizədlərə aid tələbləri ehtiva edən 100-cü maddədə nəzərdə tutulmuş “Yaşı otuz beşdən aşağı olmayan” sözləri çıxarıldı. Azərbaycan Respublikası Prezident seçkilərinin əsasları ilə bağlı maddənin I hissəsində Prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması və “Azərbaycan Respublikasının prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər” cümləsi əlavə olundu.

Vitse-prezident postu

Konstitusiyaya “Azərbaycan Respublikasının vitse-prezidentləri” maddəsi əlavə olundu.

I. Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.

II. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir.

Azərbaycan Respublikası Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrası ilə bağlı 105-ci maddənin I “Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə üç ay ərzində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir” hissəsində “üç ay” sözləri “altı ay” sözləri ilə, “Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir” hissəsində isə “Baş nazir” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə əvəz edildi.

III. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Baş naziri istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir” hissəsində isə “Baş naziri” sözləri “Birinci vitse-prezidenti” sözləri ilə, “səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri” sözləri “müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini” sözləri ilə əvəz olundu.

III hissə isə aşağıdakı redaksiyada qəbul olundu:

“Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir”.

Bununla yanaşı, IV hissə əlavə olundu:

“IV. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir”.

Vitse-prezidentlərin toxunulmazlığı

Yeni əlavə edilən 106-1 maddəsi Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığını nəzərdə tutur:

I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikasının vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.

II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanma hallarından başqa tutula bilməz, cinayət məsuliyyətinə cəlb edilə bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz.

III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda onu tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

IV. Azərbaycan Respublikasının vitse-prezidentinin toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Prezidenti tərəfindən xitam verilə bilər.

Birinci vitse-prezidentin təminatı

Əlavə olunan 108-1 maddəsi isə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatına aiddir:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin təhlükəsizliyini xüsusi mühafizə xidmətləri təmin edir”.

Yeni 110-1-ci maddəsi “Dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi” barədədir:

“Azərbaycan Respublikasının Prezidenti dövlətlərarası və hökumətlərarası beynəlxalq müqavilələr bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə verə bilər”.

Dəyişikliklər

Konstitusiyanın 23 maddəsində isə dəyişikliklər edildi. Misal üçün, bu dəyişikliklərdən Baş nazir, nazirlər və hakimlər üçün yaş həddinin ləğv olunması, ordu və digər güc strukturlarının Silahlı Qüvvələrə daxil olunması, səsverməni şəxsən yerinə yetirməyən deputatların səlahiyyətini itirməsi kimi nümunələr göstərmək olar.

Hazırda Azərbaycan Konstitusiyası əvvəlki kimi 158 maddədən yox, 164 maddədən ibarətdir. Lakin Əsas Qanunun ümumi formasının pozulmaması üçün yeni əlavə olunan maddələr “100-1”, “100-2” kimi qəbul olunub. Bu isə maddələrin sıralama ilə 158 olaraq saxlanıldığı deməkdir.

Azərbaycan Konstitusiyası dövlət müstəqilliyinin əsas amillərindən biridir. Respublikamızın gələcək inkişafı, hüquqi, dünyəvi dövlət quruculuğu Konstitusiyamızdan bəhrələnir. Ölkəmizdə sivil, hüquqi dövlət quruculuğu məhz konstitusional əsasa söykənir. 21 il ərzində Azərbaycan konstitusiyaya əsaslanaraq, hüquqi dövlət quruculuğu yolunda inkişafını davam etdirir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Cəbhədə GƏRGİN GECƏ

26 İyun 2017 09:58

Ermənilər atəşkəsi 155 dəfə pozdu

26 İyun 2017 09:58

Cəbhədən yeni XƏBƏR

26 İyun 2017 09:57

"Fənərbaxça"dan transfer açıqlaması

26 İyun 2017 09:57

“Bəzi dövlətlər bizim daxili işimizə qarışır” - Şeyxülislam

26 İyun 2017 09:54

Qazaxıstanda Rauf Hacıyevin "Qafqaz əsiri" operettasının premyerası keçirilib

26 İyun 2017 09:52

Allahşükür Paşazadə: Böyük fərəhdir ki, Ramazan ayında erməni işğalından azad olunan torpaqlarımızda ilk dəfə azan səsi gəldi

26 İyun 2017 09:50

QMİ sədri: Bəzi dövlətlər Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər

26 İyun 2017 09:50

ABŞ-da aktiv neft quyularının sayı daha 11 ədəd artıb

26 İyun 2017 09:47

Almeyda və Kintana "Qarabağ"dan ayrı düşdü

26 İyun 2017 09:47

Bayram namazı qılındı

26 İyun 2017 09:44

Merayya Keri məşhur jurnalisti Bakıda pərt etdi - FOTO

26 İyun 2017 09:42

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 155 dəfə pozub

26 İyun 2017 09:37

Azərbaycan məscidlərində Ramazan bayramı namazı qılınıb

26 İyun 2017 09:32

Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür

26 İyun 2017 09:29

Bayram namazı qılındı

26 İyun 2017 09:27

Ramazan münasibətilə bayram namazı qılınıb

26 İyun 2017 09:24

Yaponiya Qətərə görə xahiş etdi

26 İyun 2017 09:23

Rusiyada meşələr yanır

26 İyun 2017 09:17

Tarkan üçün soyunan qızlar, rəisin kabinetindəki Nigar Camal, Səmədin "kürləməyi" - HƏFTƏBECƏR

26 İyun 2017 09:17

"Allah onun cəzasını versin..."

26 İyun 2017 09:17

Monqollar bu gün prezident seçir

26 İyun 2017 09:11

Buxarestdə yeni restoran - FOTO

26 İyun 2017 09:05

Bu gün Strasburqda AŞPA-nın yay sessiyası başlayır

26 İyun 2017 09:02

İŞİD tərəfdarları Trampı hədələdi

26 İyun 2017 08:53

"Ronalduya "Yuventus"da yer tapılar"

26 İyun 2017 08:52

Azərbaycanda Ramazan bayramı qeyd olunur -

26 İyun 2017 08:49

Ağır yol qəzası: 12 ölü, 30 yaralı

26 İyun 2017 08:48

Londonda etirazçılarla polis arasında toqquşma olub: xəsarət alanlar var

26 İyun 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

26 İyun 2017 08:47

"Onu əvəzləmək çətin olacaq"

26 İyun 2017 08:42

Ruslardan "Kara sevda"ya etiraz

26 İyun 2017 08:42

Azəri qızı Günel əməliyyat olundu - FOTO

26 İyun 2017 08:42

Meksikada restoranda silahlı hücum: 11 ölü

26 İyun 2017 08:37

Bərdədə intihara cəhd hadisəsi baş verib - FOTO

26 İyun 2017 08:37

Hava proqnozunun aparıcısını KÜLƏK APARDI - VİDEO

26 İyun 2017 08:33

29 yaşlı oğlan alkoqoldan zəhərlənib

26 İyun 2017 08:32

İskəndərə meydan oxuyan, çəlləkdə yaşayan, çılpaq insan axtaran filosof - FOTO

26 İyun 2017 08:32

26 yaşlı oğlan bıçaqlanıb

26 İyun 2017 08:32

ABŞ-da meşə yanğınları nəticəsində 1,5 min nəfər evakuasiya edilib

26 İyun 2017 08:32

Meraya Keri Bakıda konsertlə çıxış edib FOTOSESSİYA

26 İyun 2017 08:29

38 yaşlı qadın pomidordan zəhərlənib

26 İyun 2017 08:27

Yüksək sürətlə hərəkət edən avtomobili saxlayaraq narazılığını bildirib, döyülüb

26 İyun 2017 08:22

Argentinada qəza nəticəsində azı 12 nəfər ölüb, 20 xəsarət alıb

26 İyun 2017 08:22

Qadın ağacdan yıxılaraq onurğa sütununu sındırdı

26 İyun 2017 08:22

"Yaxşı təklif alsam..."

26 İyun 2017 08:22

Kiçik yaşlarında milyonlar qazanan UŞAQLAR: İNANILMAZ FAKTLAR - FOTO

26 İyun 2017 08:17

Göyərtəsində 150 turist olan qayıq batıb

26 İyun 2017 08:12

KİV: Cənubi Koreyanın sabiq rəhbərliyi Kim Çen Inın öldürülməsini planlaşdırıb

26 İyun 2017 08:12

İsrail hərbçiləri Suriyaya hücum etdi -

26 İyun 2017 08:10