Bakıda məşhur şirkətdə xanımları yarıçılpaq gizli kameraya çəkirlər - ŞOK GÖRÜNTÜLƏR

Bakıda məşhur şirkətdə xanımları yarıçılpaq gizli kameraya çəkirlər - ŞOK GÖRÜNTÜLƏR
00:03 12 Noyabr 2016
482 Ölkə
Ölkə mətbuatı
A- A+

Məşhur aktrisa yarıçılpaq fotolarını paylaşdı - FOTO (29 Aprel 2017 23:32)
Körpünün üzərində qorxulu anlar kameraya düşdü - FOTO (14 Mart 2017 11:17)
Di Kaprionun sevgilisi yarıçılpaq şəkillər çəkdirdi - FOTO (18 Fevral 2017 15:17)

Bakıda xanımlara kosmetik məhsullar satan müəssisə ilə bağlı şok ittihamlar ortaya çıxıb. Bu barədə musavat.com-a müəssisənin sabiq əməkdaşı danışıb.

Xanım əməkdaş kosmetik məhsullar satan “VİP Style” MMC-nin fəaliyyəti ilə bağlı ilginc faktlar açıqlayıb. Ən diqqət çəkən məqamlardan biri isə müəssisəyə gedən qadınların yarıçılpaq şəkildə görüntülənməsi ilə bağlıdır.

Redaksiyamıza müraciət edən Cəbrayılova Lalə Cümşüd qızı müəssisədəki fırıldaqlar və özbaşınalıqlarla bağlı gördüklərini və yaşadıqlarını müvafiq qurumlara yazılı şəkildə çatdırsa da, bir nəticə əldə edə bilmədiyini deyir.

29 aprel 2015-ci il tarixdən “VİP Həyat” MMC-də işə başlayan L.Cəbrayılova deyir ki, sonradan MMC-nin adı dəyişdirilərək “VİP Style” MMC ilə əvəz olunub.

MMC-də satış üzrə mütəxəssis vəzifəsində işləyən L.Cəbrayılova bəzi hallarda kosmetoloq kimi çıxış edərək, satış işi (marketinqlə) ilə də məşğul olduğunu deyib.

Aylıq 1000 manat əmək haqqı aldığını deyən L.Cəbraylova çalışdığı müəssisədə gördüyü özbaşınalıqlara etiraz etmək istəyərkən rəhbərliyin xəbərdarlığı ilə üzləşdiyini iddia edir:

“İlk işlədiyim vaxtlarda firmanı çox ciddi və həqiqətən də sağlam həyatı təmin edən və müştərilərə müəyyən miqdarda yüksək keyfiyyətli kosmetik vasitələr təqdim etdiyini düşünürdüm. Firmadan kremlər alan müştərilərə massaj aparatı ilə massaj olunmağı da hədiyyə edirdilər.

Bir neçə aydan sonra mənə məlum oldu ki, işlədiyim yerdə qanunsuz yolla heç bir tibbi sertifikatı olmayan, keyfiyyətsiz kosmetik məhsullardan istifadə olunur. Satılan kremlərin tərkibi tam aydın deyildi. Şirkətin əcnəbi rəhbərliyi, heç bir lisenziyası olmayan, keyfiyyətsiz məhsullarını azərbaycanlılara rahat şəkildə satırdılar. Bu insanların sağlamlığına təhlükə yaradır. Sosial şəbəkə və internet üzərindən apardığım araşdırma zamanı öyrəndim ki, başqa ölkələrdə bu kimi işlərlə məşğul olan şəxslər ifşa edilib, məsuliyyətə cəlb olunub. Bu barədə rəhbərliyi məlumatlandırmaq istədim. Mənə “başını aşağı sal, işini gör” dedilər. Mənə xəbərdarlıq da etdilər”.

Şikayətçi xanım deyir ki, bir müddət sonra əmək haqqının verilməsində də problemlər yaranmağa başlayıb.

L.Cəbrayılova deyir ki, xanımlara baha qiymətə satılan üz kremlərinin dəri üçün faydalı olduğu inandırmaq üçün satıcı xanımlara xüsusi təlim keçirilir, müştəriləri hipnoz edirlər: “Kremlər 2-3 min manat satılır. Həmin kremlərin kreditlə satışı da həyata keçirilir”.

Qeyd etdiyimiz kimi bu şikayətlə bağlı ən şok iddia xanım müştərilərin nəzarət kameraları vasitəsi ilə görüntülənməsidir.

L.Cəbraylova iddia edir ki, nəzarət kameralarının olmasından müştərilər xəbərsiz olur: “İş yerində hər tərəfdə kamera var. Hətta xanımların geyimlərini dəyişdikləri yerdə də. Lakin bu çəkilişdən gələn müştərilərin heç xəbərləri olmur. Şirkətin kişi işçiləri həmin çəkilişləri marketinqin səviyyəsini artırmaq məqsədi adı ilə peşakar yanaşmanı bəhanə edib izləyirdilər. Otaqlarda xanımlar yarımçılpaq vəziyyətdə massaj olunurlar. Bu barədə mənim əlimdə əsaslı subutlar var. Əgər aidiyyəti orqanlar bunu araşdırarsa, həmin çəkilişləri onlara təhvil verməyə hazıram. Ancaq prokurorluğa 2 aydan artıqdır ki, müraciət etmişəm. Hələ ki, bir cavab ala bilmirəm. Bundan əlavə, onu da qeyd edim ki, azərbaycanlı işçilər əcnəbi rəhbərlik tərəfindən aşağılanır, təhqir edilir”.

L.Cəbraylova deyir ki, qısa müddət ərzində çalışdığı, lakin çoxsaylı özbaşınalıqlar gördüyü müəssisə ilə bağlı şikayətini ölkə rəhbərliyinə də ünvanlayıb: “Mətbuat vasitəsi ilə də dövlət qurumlarından, bu işi araşdırmalı olan şəxslərdən xahiş edirəm ki, qanunsuz fəaliyyət göstərən, istehlakçıların hüquqlarını kobud şəkildə pozan, heç bir vergi ödəməyən, mənşəyi məlum olmayan məhsulları insanlara satan “VİP STYLE” MMC-nin fəaliyyəti araşdırılsın”.

L.Cəbrayılovanın bu iddiaları ilə bağlı “VİP STYLE” MMC-nin mövqeyini öyrənməyə çalışdıq. Lakin bir həftədən artıq müddətdə etdiyimiz bir neçə müraciətə “Lalə Cəbrayılovanın ittihamlarına münasibət bildiriləcək” deyə cavab verildi.

Əvvəlcə bu ittihamlara cavab verəcək məsul şəxsin işdə olmadığını, daha sonra hüquqşünasın cavab verəcəyi deyildi. Lakin hüquqşünasdan da heç bir cavab ala bilmədik.

Onu da əlavə edək ki, Lalə Cəbrayılovanın əsas iddiası müştərilərin yarıçılpaq şəkildə, gizli şəkildə görüntülənməsi ilə bağlıdır. Adı çəkilən xanım sübut kimi həmin görüntülərə sahib olduğunu da qeyd edir. L.Cəbrayılova haqqında danışdığı sübutları redaksiyamıza təqdim edib. Həqiqətən də həmin görüntülərdə masaja gələn müştərilərin - xanımların yarıçılpaq şəkildə kameralarla izlənildiyi görülür.

Bizə təqdim olunan sübutlar arasında diqqət çəkən məqamlardan biri də videogrüntüləri izləyən MMC əməkdaşlarının öz aralarında yaratdıqları vatsap qrupdakı dialoqlarıdır. Belə ki, xanımların yarıçılpaq görüntülərini gülərək izləyən işçilər qeyri-etik şərhləri ilə də diqqət çəkirlər. Sübutlardan o da məlum olur ki, həmin dialoqlarda MMC-nin vəzifəli şəxsləri də var.



RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Vitali Kliçko Entoni Coşuaya nokautla məğlub olub

30 Aprel 2017 03:32

Mənzildə qara çiçək və ağac - FOTO

30 Aprel 2017 03:32

Coşua Kliçkonu nokaut etdi

30 Aprel 2017 03:24

İranın "GEM" telekanalının prezidenti Türkiyədə qətlə yetirilib

30 Aprel 2017 03:22

Mosulda polislərə hücum edən terrorçular məhv edilıb

30 Aprel 2017 02:49

Çində mağara evi - FOTO

30 Aprel 2017 02:37

Mosulda 14 polis əməkdaşı partlayışın qurbanı olub

30 Aprel 2017 02:29

Fransadakı beynəlxalq konfransda Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalına toxunulub

30 Aprel 2017 02:22

Doşab inanılmaz dərəcədə faydalıdır

30 Aprel 2017 02:14

Qurban Qurbanov “Qarabağ”ın yay planlarını açıqladı

30 Aprel 2017 02:04

Təl-Əvivdə şou-rum - FOTO

30 Aprel 2017 01:32

Estoniyada 5 min ev işıqsız qalıb

30 Aprel 2017 01:29

Yeni nəsil elektrik maşınlarının istehsalı çətinləşir

30 Aprel 2017 01:18

Şəhriyar Məmmədyarov Vüqar Həşimovun xatirə turnirində ilk məğlubiyyətlə üzləşib

30 Aprel 2017 01:02

Məşhurlar uşaq əmizdirərkən

30 Aprel 2017 01:00

Xaçmazda yanğın olub

30 Aprel 2017 00:55

Maşın 11 yaşlı uşağı vurub komaya saldı

30 Aprel 2017 00:49

"Bavariya"dan ardıcıl 5-ci çempionluq

30 Aprel 2017 00:48

Kubada hərbi təyyarə qəzaya uğradı

30 Aprel 2017 00:47

Polis müştəri saç ustası tərəfindən döyüldü

30 Aprel 2017 00:31

Türkiyədə "Wikipedia"ya giriş bağlanıb

30 Aprel 2017 00:22

İntihara əl atan qadını polis xilas etdi

30 Aprel 2017 00:16

Polad Bülbüloğlu bu ölkənin xalq artisti oldu

30 Aprel 2017 00:09

Astroloji proqnoz - 30 aprel

30 Aprel 2017 00:08

Əyləncənin "dozası"nı qaçıranda belə olur

30 Aprel 2017 00:07

“Əgər Ermənistanın belə silahları vardısa döyüşü niyə uduzurdu?...” LONDONDAN ERMƏNİLƏRƏ SUAL

30 Aprel 2017 00:05

Premyeraya şəffaf geyindi - FOTO

30 Aprel 2017 00:05

300 manata görə həbsxanalıq oldu

30 Aprel 2017 00:05

Günün qoroskopu: sual verməkdən çəkinməyin

30 Aprel 2017 00:05

Polad Bülbüloğluya "Türkmənistanın Xalq artisti" adı verilib

30 Aprel 2017 00:01

ABŞ həbsxanalarında bərbad vəziyyət: qadınlara təcavüz edilir

29 Aprel 2017 23:57

İldırım sürətli silahlanma – kabus, yoxsa reallıq...

29 Aprel 2017 23:57

Corab sataraq milyonçu olan məktəbli

29 Aprel 2017 23:57

Cəlilabadda uşağı avtomobil vurdu

29 Aprel 2017 23:52

Kürək və onurğaətrafı nahiyələr nədən ağrıyır?

29 Aprel 2017 23:52

Gəncə sakini bıçaqlandı

29 Aprel 2017 23:49

Bakıdakı şadlıq sarayları taktikanı dəyişir

29 Aprel 2017 23:48

Hikmətyar talibləri danışıqlara çağırdı

29 Aprel 2017 23:47

Qulaq ağrısına qarşı təbii üsul

29 Aprel 2017 23:47

Təzə gicitkən - SAĞLAMLIQ MƏNBƏYİ

29 Aprel 2017 23:42

Gənəgərçək yağının artritə dərman olduğunu bilirdinizmi?

29 Aprel 2017 23:42

Bu qızı geyiminə görə yarışa buraxmadılar

29 Aprel 2017 23:40

Məşhur aktrisa yarıçılpaq fotolarını paylaşdı - FOTO

29 Aprel 2017 23:32

Gəncədə 22 yaşlı gənc bıçaqlanıb

29 Aprel 2017 23:32

İŞİD silahlıları Taliban rəhbərlərindən birini öldürüblər

29 Aprel 2017 23:29

Gizlətdiyi sevgilisi ilə əl-ələ görüntüləndi - FOTO

29 Aprel 2017 23:27

Lincoln-dan yeni Navigator - FOTO

29 Aprel 2017 23:27

Göyərtəsində 39 sərnişin olan təyyarə qəzaya uğradı

29 Aprel 2017 23:23

Hind qızları palçığa batan avtobusu dartıb çıxardılar

29 Aprel 2017 23:22

Erməni Kardaşyan Meksika kurortunda - FOTO

29 Aprel 2017 23:22