Almaniya millisinin və "Arsenal"ın üzvü Məsut Özil İstanbuldakı tətili zamanı gecə klublarında görünmüşdü.
Fanat.Az xəbər verir ki, bu olaydan sonra müğənni sevgilisi Mandi Kapristo ulduz futbolçunu "Instagram"da izlədiyi şəxslərin siyahısından silib.
"Four Seasons Hotel"in gecəsi 9 min lirəya kral dairəsi götürən Məsut Özil əyləncəyə də böyük pullar xərcləmişdi. Hər gecə fərqli bir məkanda əylənən futbolçu yanındakı 15 nəfərlik qrup üçün VİP mikroavtobus kirayələmişdi.
İlk gecə sarışın bir gözəllə görüntülənən Almaniya millisinin üzvü daha sonra sarxoş olmuş və dostlarının köməyi ilə gecə klubunu tərk etməli olmuşdu.
Mandi Kapristonun Məsut Özili "İnstagram" hesabından silməsi onların ayrılması ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.
Fanat.Az