Bakıda qadın yolu keçərkən övladı... - VİDEO

Bakıda qadın yolu keçərkən övladı... - VİDEO
01:18 12 Noyabr 2016
139 Ölkə
Ölkə mətbuatı
A- A+

Gənclər həyatlarını təhlükəyə ataraq, sürətlə şütüyən avtomobillərin arasından keçməyə cəhd edirlər. Görüntülər paytaxtın Yasamal rayonu Hüseyn Cavid prospektində piyadalara qarşı keçirilən reyddəndir.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, ərazidə yeraltı keçid olsa da, piyadalar yoldan keçməyə üstünlük verirlər. Elə bu ana-bala kimi... Qadın qayda pozmasına belə bəhanə gətirsə də, yanındakı övladı onun yalanını ifşa etdi.

Polis dəfələrlə yoldan keçmək istəyənlərə keçiddən keçməli olduqlarını işarə etsə də, bəzi piyadalar buna məhəl qoymayiblar. Onlar qadağalara baxmayaraq, avtomobil yolundan keçməyə cəhd edirlər.

Reyd zamanı hətta yolu keçib polisə tabe olmayaraq, qaçmaq istəyənlər də oldu. Polis piyadaya dayan əmri versə də, həmin şəxs qaçaraq aradan çıxıb.

Bakı şəhər Dövlət Yol Polis idarəsinin əməkdaşı Elnur İsgəndərovun sözlərinə görə, qayda pozan piyadalar haqqında protokol tərtib edilərək 20 manat cərimələnib. (avtosfer.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/175620.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR